BELÇİKA UNİVERSİTETLƏRİ

Belçika Avropada keyfiyyətli təhsil verən ən yaxşı ölkələrdən sayılır. Belçika universitetləri tələbələrə bir neçə dildə onlarla təhsil proqramı təklif edir. Belçika universitetlərindən əldə edilən diplomlar istər universitetdən sonra işləməyə başlayan, istərsə də araşdırma sahəsində karyera qurmaq istəyənlərin arzusunda olduğu dəyərli sənəddir.   

Belçika Krallığı 3 bölgədən ibarətdir: Flandriya, Valloniya və Brüssel paytaxt bölgəsi. Hər bölgənin rəsmi dövlət dili və ya dilləri vardır. Buna görə də Belçikada universitetlər ən azı ikidillidir.   

1. Belçikada təhsil müddəti 

Belçikada universitet təhsili üç mərhələdən ibarətdir: ön bakalaviatura, bakalaviatura və magistratura. İxtisasdan asılı olaraq ön bakalaviatura mərhələsi 2-3 il, bakalaviatura 2-4 il, magistratura 2 ildir. 

2. Belçika universitetlərinə müraciət tarixi

Belçika universitetlərinə müraciət tarixi universitet və ixtisasa görə dəyişir. Universitetlərə müraciət əsasən may ayında başlayır. Universitet və ixtisas seçimi nə qədər öncədən edilsə, sənədləşmə işlərini həyata keçirmək üçün bir o qədər çox vaxt əldə etmiş olarsınız. 

3. Belçikada yataqxana imkanları 

Belçikada tələbələr universitet və ya özəl yataqxanada, tələbə evlərində, yaxud kirayə evlərdə qala bilərlər. Şəhərdən və universitetə olan məsafəsindən asılı olaraq tələblər yaşayış yeri üçün 200-1000 avro xərcləyirlər. 

Mətbəxlə arası yaxşı olanlar aylıq 200 avroya qədər yeməyə xərcləyə bilərlər. Yox, bişirməyi sevmirsinizsə, nəzərə alın ki, kafelər gündəlik yemək xərci təxminən 7-18 avro tutacaq.  

4. Tələbə ikən işləmək imkanı

Belçikada oxuyan tələbələrin həftədə 20 saata qədər işləmək icazəsi vardır. 

5. Belçikada universitet xərcləri

Universitet xərcləri Belçikanın əyalətlərinə görə bir-birindən fərqlənir. Valloniya bölgəsində təhsil alan tələbələr ARES-nin (Académie de recherche et d'enseignement supérieur) müəyyən etdiyi məbləği ödəmək öhdəliyi vardır. Flandriya bölgəsində Avropa Birliyi vətəndaşları və xarici tələbələrin ödədiyi məbləğlər arasında fərq olsa da, bu rəqəm müəyyən bir həddi keçməməkdədir. 

6. Belçikada 2021-ci il üçün ən yaxşı universitetlər hansılardır?

•    KU Leuven
•    Ghent University
•    Antwerp University
•    Université Libre de Bruxelles/Free University of Brussels
•    Vrije Universiteit Brussel
•    The University of Liège/Université de Liège
•    Hasselt University
•    Université de Mons/University of Mons

7. Belçikada çox seçilən ixtisaslar 

Belçikada təhsilin bütün mərhələləri üzrə - bakalaviatura, magistratura və doktorantura – özünüzə uyğun təhsil proqramı tapa bilərsiniz. Xarici tələbələr Belçikada əsasən maliyyə, bankçılıq, tibb, marketinq, siyasi elmlər, informasiya texnologiyaları, incəsənət və dizayn kimi ixtisasları seçirlər.