Son illər sürətlə inkişaf edən Çexiyanın, universitetləri də diqqət mərkəzindədir. Xarici tələbələrə yaradılan şərait; Çex dilində oxuyanlar üçün pulsuz təhsil, imtahansız qəbul, dil bilikləri lazımi səviyyədə olmayanlar üçün hazırlıq kursları Çexiya universitetlərinin populyarlığını artıran nüanslardandır.
1. Çexiyanın təhsil sistemi
Çexiya universitetlərində bakalaviatura 3, magistratura 2, doktorantura 3 illikdir. Tibb ixtisaslarında 6, əczaçılıq və stomatologiyada 5 il oxumalısınız. Çexiyada hazırlıq ilinin müddəti 1 ildir.
2. Çexiyada təhsil dili və hazırlıq
Çex Respublikasında təhsil dili Çex dilidir. Amma çox sayda ingiliscə təhsil verən ixtisaslar da yetərincədir. Buna görə də bakalaviatura və magistratura pillələrində xarici tələbələrin sayı hər il artmaqdadır.
Çexiyada ingiliscə oxumaq istəyirsiniz, amma tələb olunan səviyyədə ingiliscəniz yoxdursa, bunun da çarəsi var. İngilis dilində hazırlıq təhsili məhz bu kateqoriya tələbələr üçün nəzərdə tutulub. Bu birillik kursda sadəcə dil öyrənməyəcəksiniz, həm də təhsil alacağınız ixtisasa uyğun tərtib edilmiş proqrama əsasən əlavə dərslərə də girmək imkanınız olacaq.
3. Çexiyada Çex dili öyrənmək
Çexiyada Çex dilində oxumaq istəyənlərə hər cür şərait yaradılır. Çex dili hazırlığı baha başa gəlməyən bir mərhələdir. Çex dilini öyrəndikdən sonra universitetdə oxumağa başlaya bilərsiniz.
4. Çexiyada universitet oxumağın üstünlükləri
• Avropanın mərkəzində ödənişsiz universitet təhsili
• İki fərqli xarici dil öyrənmək imkanı
• Az büdcə ilə keyfiyyətli təhsil almaq
• Şengen ölkələrində rahat səyahət
• Beynəlxalq səviyyədə qəbul edilən diploma sahib olmaq
• Təhsil alarkən həftədə 20 saat part-taym iş icazəsi
5. Çexiya universitetlərinə qəbul şərtləri
Çexiya universitetinə müraciət etmək üçün liseydən məzun olmağınız kifayətdir. DİM imtahanına girmək tələb olunmur. Əsas olan orta məktəb attestatındakı balın miqdarıdır.
Bəzi fakültələr əlavə imtahan keçirə bilər. Məsələn, tibb təhsili almaq istəyənlər daha çox biologiyadan sualların salındığı bir imtahandan keçməlidirlər. Bu imtahandan uğurla keçənlər tibb təhsilinə başlaya bilərlər. İmtahandan keçə bilməyənlər fakültəyə uyğun hazırlıq kursuna yazılırlar. Hazırlıq mərhələsi bitəndə təhsil haqqı ödəmədən bakalaviatura təhsilinə başlanılır.
6. Çexiyada universitet qiymətləri
Çexiyada Çex dilində olan ixtisasları seçərkən tələbə təhsil haqqı vermir. İngilis dilində olan ixtisaslarda isə 2 000 – 10 000 avro arasında dəyişən bir rəqəmdən danışa bilərik.
7. Çexiya universitetlərinə müraciət tarixləri
Çexiya universitetlərinə müraciət etmək istəyirsinizsə, prosesi çox əvvəldən başlamaq lazımdır. Çünki Çexiya vizasını almaq üçün uzun vaxt tələb olunur. Avqusta qədər müraciət prosesini bitirməyiniz işin xeyrinə olardı.
Çexiyada hazırlıq oxumaq istəyənlər ilboyu müraciət edə bilərlər. Yenə də aprel ayına qədər bu prosesi də bitirməyinizi tövsiyə edərdik.
Əgər tələb olunan səviyyədə dil sertifikatına sahibsinizsə, birbaş bakalaviatura və ya magistratuya başlaya bilərsiniz. Bunun üçün artıq noyabr-dekabr aylarında müraciət etmiş olmalısınız.
8. Çexiyada tələbələr üçün ev imkanları
Çexiyada oxumağa gedən xarici tələbələr təhsilin birinci ilində yataqxanada qalmağa üstünlük verirlər. Yataqxana qiymətləri 140-200 avro arasında dəyişir.
Universitet dostluqları başladıqdan sonra əksər tələbələr bir neçə nəfərlə birlikdə kirayə ev tuturlar. Burada artıq 200-300 avro xərcləmək lazım gəlir.
9. Çexiyada təhsil haqqı ödəmədən oxumaq mümkündürmü?
Mümkündür. Dövlət universitetlərində çex dilində oxumağı seçməklə özünüzü təhsil haqqından azad etmiş olursunuz.
10. Ən yaxşı Çexiya universitetləri
• Praqa Çarlz Universiteti
• Praqa İqtisadiyyat Universiteti
• Həyat Bilikləri Universiteti
• Çexiya Texnik Universiteti
• Praqa Metropolitan Universiteti
• Mendel Universiteti
• Brno Texnik Universiteti
• Masarik Universiteti