İSPANİYA UNİVERSİTETLƏRİ

Son illər İspaniya bütün dünyada tanınan mədəniyyət ənənələri ilə yanaşı, sənət və biznes sahələrində yüksək səviyyədə universitet təhsili verməsi ilə də önə çıxmaqdadır. İspaniya daha çox beynəlxalq biznes universitetləri məşhurdur. İspaniyanın ESADE, IE, IESE, EADA, EU və digər biznes məktəblərin qiyməti illik 13 – 30 min avro arasında dəyişir. 

1. İspaniyada universitetə qəbul şərtləri 

İspaniyanın dövlət universitetində oxumaq üçün ispanca B2 səviyyədə dil biliklərinə sahib olmaq lazımdır. Daha sonra universitetə giriş imtahanı keçirilir. 2 illik peşə məktəblərində oxumaq istəyən tələbələrin bu imtahana girməsi vacib deyil. İncəsənət sahəsini seçənlər həm də qabiliyyət imtahanı verməlidirlər. 

2. İspaniyada universitet imtahanı – Selectividad

“Selectividad” imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələ ümumi sualların salındığı 4 kateqoriyaya bölünür. İspan dili və ədəbiyyatı, əlavə bir AB dili, İspaniya tarixi kimi bölmələrdən sonra texniki və ya sosial elmlərlə bağlı suallar gəlir. İkinci mərhələdəki imtahan “Selectividad” imtahan balını artırmaq istəyən tələbələr üçün nəzərdə tutulur. 
Liseydən IB diplomu olan məzunlar “Selectividad” imtahanına girmirlər. Tələbələr ispan dili dərsləri ilə bərabər “Selectividad” hazırlıq kurslarına da qatıla bilərlər. 
İmtahan mayda keçirilir, iyunda cavablar açıqlanır. İyul ayında universitetlərə yerləşdirmə həyata keçirilir. İyulda universitetə girə bilməyən tələbələr sentyabrda açılmış yeni yerlər üçün müraciət edə bilərlər. 
Bəzi özəl universitetlər qəbul imtahanı keçirmirlər. Tələbələr attestatla da müraciət edə bilərlər. 

3. İspaniyada bakalaviatura təhsili neçə ildir? 

İspaniyada dövlət və özəl universitetlərində bakalaviatura təhsili 4 ildir. Memarlıq, tibb və bəzi mühəndislik ixtisaslarında daha çox oxumaq lazım gəlir. 

4. İspaniyada təhsil dili 

İspaniyada dövlət universitetini seçən tələbələr ispan dilində təhsil almalı olduqlarını unutmamalıdırlar. İngiliscə təhsil özəl universitetlərində mövcuddur. 

5. İspaniyada tələbə xərcləri 

Şəhərdən-şəhərə dəyişən qiymətlərlə aylıq xərc 650-750 avrodur. Yataqxana və ya ev kirayələrinin qiyməti 400 avrodan başlayır. Restoranda bir dəfəyə 10-25 avro ödəmək lazım gəlir. 

6. İspaniyada universitet xərcləri 

İspaniyada 47 dövlət, 12 özəl universitet fəaliyyət göstərir. Dövlət universitetlərinə 1000 - 3000 avro, özəl universitetlərə isə 5 000 avrodan başlayan bir məbləğ ödənilir.  

7. İspaniyada bəzi universitetlər 

Dövlət universitetləri 
•    Pompeu Fabra University
•    Universidad Carlos III de
•    Polytecnic University Of Valencia
•    University Of Valencia
•    Universitad Politecnica de Madrid
•    Autonomous University of Barcelona
•    Universitat de Barcelona

Özəl universitetlər
•    UCAM 
•    LCI 
•    ESADE
•    IE
•    IESE
•    EADA
•    EU