NORVEÇ UNİVERSİTETLƏRİ

Norveç universitetləri öz təhsili və məzunları ilə öyünə bilən təhsil müəssisələridir. Norveçdəki ali təhsil ocaqları yüzlərlə proqram və zəngin sosial-mədəni layihələr təklif edir. Xarici tələbələr Norveçdə həm yüksək səviyyədə təhsil alır, həm işləyir, həm də füsunkar təbiətə malik ölkədə səyahət etmək imkanı qazanırlar. 

Norveçin təhsil sistemi 

Norveçin ödənişsiz dövlət universitetləri xarici tələbələrin çox seçdikləri ali təhsil müəssisələrindəndir. Bu ölkədə ixtisasdan asılı olaraq, bakalaviatura 3 və ya 4 il, magistratura 2, doktorantura 3 ildir. Tibb və mühəndislik ixtisaslarında müddət bir az daha çox ola bilir. 

Norveç universitetlərinin təklif etdiyi ixtisaslar daha çox bu ölkənin öz ehtiyaclarına görə müəyyənləşdirilmiş təhsil istiqamətləridir. Ekologiya, təbiət elmləri, iqlim və bioloji müxtəliflik üzrə ixtisaslaşma Norveçi digər ölkələrdən fərqləndirir. Universitetlər tələbələrə nəzəri biliklər verməklə yanaşı, onlara kampuslarda və müvafiq mərkəzlərdə təcrübə aparmaq imkanı da yaradırlar.  

Norveç universitetlərinə müraciət şərtləri:

Norveçdə təhsil Norveç və ingilis dilində verilir. İngilis dilində oxumaq istəyənlər ən azı 6,5 IELTS balı təqdim etməlidirlər. Bəzi ixtisaslar üçün universitetlər daxili imtahan keçirir. 

Bakalaviaturaya başlamaq istəyən tələbə Azərbaycanda hər hansı bir universitetin 1-ci kursunu bitirmiş olmalıdır. IB diplomu olan tələbələr Norveç universitetinə birbaşa müraciət edə bilərlər. Burada da IB diplom balı önəmli rol oynayır. 

Norveçdə universitet xərcləri: 

Norveçin dövlət universitetlərində təhsil pulsuzdur. Hər semetr üçün sadəcə 30-60 avro universitet xərci tələb edilir. 

Özəl universitetlərdə təhsil haqqı ixtisasa görə dəyişir. İllik təxminən 7 000 – 9 000 avro avrasında dəyişən bir məbləğ ödənməlidir. Magistraturada bu rəqəm 19 000 avroyadək arta bilir.

Norveçdə təhsil dili

Norveç universitetləri əsasən Norveç dilində təhsil verirlər. Bakalaviaturada təhsilin 97%-i Norveç dilindədir. Magistratura və doktoranturada daha çox ingiliscə proqram tapmaq mümkündür.  

Norveç universitetləri müraciət edən tələbələrin dil biliyini IELTS və TOEFL kimi beynəlxalq dil seritikatları ilə təsdiq edilməsini istəyirlər. 

Norveç universitetlərinə müraciət tarixləri:

Avropa Birliyinə daxil olan ölkələrdən birinin vətəndaşı deyilsinizsə, Norveç universitetlərinə oktyabr və dekabr ayları arasında müraciət etməlisiniz.

Norveçdə sizi nə gözləyir: 

•    Müasir kampuslarda yüksək səviyyəli müəllimlərdən həm nəzəri, həm də praktik dərslər
•    Avropa standartlarından daha yüksək qiymətləndirilən həyat şərtləri  
•    Norveçin dövlət universitetlərində ödənişsiz təhsil 
•    Tələbə ikən həftədə 20 saat iş icazəsi 
•    Bəzi universitetlərdə yataqxana imkanı  
•    Universitetlərin təklif etdiyi zəngin sosial və mədəni proqramlar
•    Ölkədə gənclərin sayı az olduğu üçün universitetdən sonra asan iş tapmaq
•    Qütb parıltısı, əsrarəngiz fyordlar, vikinq mədəniyyəti və digər misilsiz təbiət mənzərələri

Ən yaxşı Norveç universitetləri:


•    Oslo Universiteti
•    Bergen Universiteti
•    Norveç Elm və Texnologiya Universiteti
•    Arktik Universiteti
•    Memarlıq və Dizayn Məktəbi
•    Norveç İqtisadiyyat Məktəbi 
•    Stavanger Universiteti
•    Cənub-Şərq Norveç Universiteti
•    Nord Universiteti