Almaniyada universitetə qəbul sənədini əldə etdikdən sonra təqaüd üçün müraciət edə biləcəyiniz müxtəlif təşkilatlar var. Universitetlərin özündə də təqaüd proqramları mövcuddur. Müsbət cavabın verilməsi sizin təhsil göstəricilərinizdən asılıdır.
Almaniyada təhsil təqaüdü verən ən məşhur təşkilatlardan biri DAAD – “Deutscher Akademischer Austauschdienst” təşkilatıdır. DAAD Azərbaycan vətəndaşlarına bir neçə istiqamətdə təqaüd proqramı təklif edir.
1. Doktorantura və araşdırma üçün
2. Universitet məzunları üçün
3. Bakalaviatura və magistratura tələbələri üçün
Almaniyada magistratura və doktorantura pilləsində təqaüd tapmaq şansınız daha çoxdur.
“Konrad-Adenauer-Stiftung”, “Friedrich-Ebert-Stiftung”, “Rosa-Luxemburg-Stiftung”, “Hanns-Seidel-Stiftung”, “Friedrich-Naumann-Stiftung”, “Heinrich-Böll-Stiftung” kimi fondlar sizin təhsilinizə kömək edə bilər