Almaniya sadəcə bakalaviatura deyil, magistratura oxumaq üçün də çox uyğun bir ölkədir. Siz bu ölkədə həm almanca, həm də ingiliscə magistratura təhsili ala bilərsiniz. İstənilən halda təhsil pulsuz olacaq.
Almaniyada magistratura təhsili limitli (Consecutive) və limitsiz (Non-Consecutive) olaraq iki yerə ayırılır. Limitli kateqoriya daha çox bakalaviaturada öyrəndikləri biliyi dərinləşdirmək istəyənlər üçün nəzərdə tutulur. Limitsiz proqramlar isə ixtisasartırmaya önəm verir. Burada bakalavr diplomu və iş təcrübəsi əsas götürülür.
Magistraturaya müraciət üçün bakalaviatura transkriptləri və dil səviyyəsini göstərən sertifikat təqdim edilməlidir. Magistraturaya bir ildə iki dəfə müraciət etmək mümkündür. Qış semestri üçün 15 iyuna, yay semestri üçün 15 yanvara qədər vaxt verilir. Bəzi universitet və ixtisaslarda fərqli tarix ola bilər.