Almaniyada təhsil almağın bir neçə diqqətçəkici üstünlüyü var.
a. Almaniyada təhsilə başlamaqla dünyanın ən yaxşı universitetlərindən birinin tələbəsi adı qazanırsınız. Müxtəlif beynəlxalq reytinq siyahılarında ilk 100-ə daxil olan 5 universitet məhz Almaniyadadır.
b. Dövlət universitetlərində təhsil təkcə Almaniya vətəndaşları üçün yox, həm də xarici tələbələr üçün pulsuzdur. Almaniyadakı təhsil xərci digər ölkələr, hətta Azərbaycandakı təhsil xərcləri ilə müqayisədə daha sərfəlidir.
c. Almaniya universitetlərinin diplomları Azərbaycanda tanınır. Bu diplomlarla siz, ümumiyyətlə, dünyanın istənilən ölkəsində daha rahat karyera qura bilərsiniz.
ç) Almaniya xarici tələbələrə part-taym işləmək icazəsi verir. Həftədə 20 saat işləməklə özünüz-özünüzə maliyyə yardımı edə bilərsiniz.
d) Almaniya universitetindən məzun olduqdan sonra sizə daha bir şans – 18 aylıq iş vizası! Almaniyada karyera qurmaq üçün bundan gözəl fürsət?