Xarici tələbə üçün ilk kriteriya böyük şəhərdə məskən salmaqdır. Çünki kiçik şəhərlərdə tələbə olmaq ona çox da cəlbedici görünmür.
Böyük şəhərlərin qaynar həyatı sosiallaşmağı sevən gənclər üçün münbit şərait yaradır. Sadəcə xaricilər deyil, alman vətəndaşların özləri də əsasən böyük şəhərlərdə oxumağa üstünlük verirlər.
Şəhərin nisbətən ucuz olması da xariciləri cəlb edən məsələdir. Aylıq xərclərin müəyyən bir büdcəni keçməməsi xarici tələbə üçün çox arzulanan kriteriyadır.
Unuiversitetin reytinqlərdəki yeri də az əhəmiyyətli məsələ deyil. İstər Almaniyada işləmək, istərsə də başqa bir ölkədə karyera qurmaq üçün nüfuzlu bir universitetin diplomu vacib sənəd sayılır. Seçdiyi ixtisas da tələbəyə bir yol xəritəsi cızır. Tibb fakültəsində oxumaq üçün üstünlük verilən universitetlərlə texniki universitetlərin yerləşdiyi şəhərlər fərqli ola bilər.
Bütün bu kriteriyaları eyni şəhərdə cəmləşdirmək asan məsələ deyil. Onda hər şey asılı olur tələbənin prioritetlərindən. İstənilən halda gələcəyi düzgün planlaşdırmaq lazımdır.