ALMANİYANIN ƏN POPULYAR TƏLƏBƏ ŞƏHƏRLƏRİ HANSILARDIR?

Siz Almaniyada universitet seçərkən istəyirsiniz ki, ən qaynar tələbə həyatı olan, çoxlu yeni insanlar tanıyacağınız, siması gənclər olan bir şəhərdə oxuyasınız. Təbii ki, “ən yaxşı”nı müəyyənləşdirmək subyektiv məsələdir. Almaniyada təhsil almış hər bir gəncin öz top şəhərləri və top səbəbləri ola bilər. 

Tələbələr arasında ən populyar şəhərləri saysaq, Berlindən Passauya qədər bir yol getməliyik. Şəhərləri seçmə səbəbi tələbəyə görə dəyişir. Daha qədim şəhər, daha ucuz şəhər, daha yaxşı universitet, daha multikultural mühit... 

Biz sizə kömək üçün bəzi rezümelər etdik. 

Berlini seçmək o deməkdir ki, sizi kasıb və cazibədar, 7/24 aktiv bir şəhər həyatı gözləyir. 

Velosiped həvəskarları mütləq Münsteri seçməlidir. Bütün şəhəri velosipedlə gəzmək imkanını qaçırmaq olmaz! 

Almaniyanın ən qədim universitetində oxumaq istəyirsinizsə, gərək Heydelberqə gedəsiniz. Yox, Almaniyanın ən reytinqli universitetindən diplom almağa iddialısınızsa, Münhen təyyarəsinə bilet almalısınız. 

Münhen sizə çox səs-küylü gəlsə, daha bir reytinqli universitet üçün Ahen şəhərini seçə bilərsiniz.