Amerikada təhsil üçün 10 səbəb

Hər kəsin Amerikada yaşamaq, təhsil almaq, işləmək kimi bir sıra xəyalları var. Bütün bu xəyalların səbəbini anlamaq çətin deyil. Həmin səbəblərdən bir neçəsini sizinlə bölüşürük.

1. Dünyanın ən yaxşı universitetləri siyahısında ən çox universiteti olan ölkə ABŞ-dır.
2. ABŞ universitetləri təhsil göstəricilərinizə əsasən müxtəlif təqaüdlər təklif edir. Xarici tələbələr üçün part-time iş imkanları da genişdir.
3. Bu ölkədə təhsil almaqla siz dünyanın müxtəlif millətlərindən olan insanlarla ünsiyyət quracaq, onların mədəniyyətləri ilə tanış olacaqsız.
4. ABŞ universitetlərinin xarici tələbələrlə işləyən departamentləri tələbələrin universitetə uyğunlaşmasına kömək edən dəstək proqramları həyata keçirirlər.
5. ABŞ universitetlərinin diplomları məzuniyyətdən sonrakı iş fürsətlərinə də müsbət təsir edir.
6. Amerikada kampus həyatı müəllimlər və tələbələr ilə sosial həm də akademik səviyyədə qarşılıqlı əlaqə yaratmağa imkan verir.
7. Beynəlxalq tələbələr üçün ABŞ-da təhsil almağın aşkar faydalarından biri də İngilis dili bacarıqlarınızı mükəmməlləşdirmək imkanıdır.
8. Amerikada təhsil almaq həm də ixtisasınızdan əlavə olaraq kurs proqramlarına qatılmaq imkanı deməkdir.
9. ABŞ-da təhsil təcrübəsi sizin tərcümeyi-halınızı və CV-nizi digərləri ilə müqayisədə daha parlaq göstərəcək.
10. Əgər siz ABŞ-da təhsil almağı seçsəniz, bu maraqlı ölkənin zəngin və fərqli təbiətini kəşf etməklə dərslərinizə daha motivasiyalı şəkildə yanaşacaqsınız.

Daha çox məlumat üçün sizi ARI-ya gözləyirik !