“Ausbildung” Almaniyada iş imkanı deməkdir. Müraciətçi həm seçdiyi ixtisas üzrə işləyir, həm bu bu ixtisasa aid nəzəri biliklərini artırmaq üçün təhsil alır. “Ausbildung”un müddəti 2-4 il olaraq müəyyənləşdirilib. Təhsil müddətində ara və yekun imtahanlar verilir. “Ausbildung”də təqaüd imkanı da var: ixtisasdan asılı olaraq 300-1200 avro arası hesablanan təqaüd “Ausbildungsvergütung” alınır.
“Ausbildung”u uğurla bitirənlər ştudienkollec oxumadan universitetə müraciət edə bilərlər. Amma “Ausbildung” diplomu da olduqca faydalı sənəd sayılır. Bu diplomla istər Almaniyada, istərsə də digər ölkələrdə iş tapmaq çətin olmur. Təki oxuyarkən düzgün ixtisas seçilmiş olsun.