“ARI” xaricdə təhsil mərkəzi Almaniyada oxumaq istəyənləri seçdikləri ixtisaslara uyğun ştudienkolleclərə yönləndirir və qəbul prosedurunu tamamilə öz üzərinə götürür. “ARI” ştudienkollecə müraciət, yazışma, qəbul olunduqdan sonra viza alınması prosesində birbaşa iştirak edir.
Ştudienkollecə qəbul hərbi mükəlləfiyyətdən möhlət hüququ qazandırır!
“Foundation” adlanan hazırlıq mərhələsinin şərtləri ölkəyə görə dəyişə bilir. Məsələn, Avstriya Azərbaycandakı DİM balı ilə bakalaviatura səviyyəsinə qəbul həyata keçirdiyi halda, İngiltərə universitetləri üçün bu ölkədəki 13 illik tam orta təhsili tamamlamaq lazım gəlir. İstənilən halda bu mərhələ üçün yaxşı səviyyədə ingiliscə tələb olunmaqdadır. Məsələn, IELTS balının 4,5 - 5,5 olması məqbul sayılır.
Xaricdə təhsillə maraqlananlara bu anlayışlar yaxşı tanışdır. Azərbaycan kimi 11 illik tam orta təhsil verən ölkələrin vətəndaşları xaricdə universitetə qəbul olunmaq üçün 1-2 il ərzində bu mərhələni oxumağa məcburdurlar. “ARI” xaricdə təhsil mərkəzinin seçdiyiniz ixtisasa uyğun “Studienkolleg” və “Foundation” hazırlıqlarını araşdıraraq sizə doğru tövsiyələr verəcəyinə əmin ola bilərsiniz.
Xaricdə universitetə hazırlıq mərhələsi kimi seçə biləcəyiniz “Pre-Master” proqramı da sizi magistratura təhsilinə hazırlayan vacib mərhələdir. Proqramın müddəti tələbəyə görə 3-12 ay arasında dəyişə bilir. Bu proqram çərçivəsində dil biliklərinizi və seçdiyiniz ixtisasa uyğun hazırlığınızı yüksək səviyyədə tamamlamaq imkanınız olacaq.