TÜRKİYƏDƏ OXUMAĞIN ÜSTÜNLÜKLƏRİ

Bizə elə gəlir ki, Türkiyəni çox yaxşı tanıyırıq. Amma əmin olun ki, həm Avropadan, həm Asiyadan pay alan bu ölkə haqqında bilmədiklərimiz çoxdur. Zəngin tarixi, neçə-neçə mədəniyyəti, yüzlərlə adət-ənənəni özündə yaşadan bu ölkəni hər gün yenidən kəşf etməyin çox maraqlı bir yolunu təklif edirik – Türkiyədə təhsil almaq! 

Dünya universitetlərinin reytinq cədvəlində ilk 1000 arasında Türkiyənin 13 universiteti yer alır. 

Xatırladaq ki, Türkiyə universitet tələbələrinin sayına görə Avropada birinci yeri tutur. Ölkənin 207 universitetində 8 milyona yaxın tələbə oxuyur. Onlara 60 minə yaxın fərqli proqram təklif edilir. Siz də xarici tələbə olaraq bu qədər böyük seçim içində özünüzə uyğun proqram və universitet tapmaqda çətinlik çəkməyəcəksiniz.

Tibbdən mühəndisliyə, müəllimlikdən marketoloqluğa qədər çoxlu sayda ixtisas sizin öz potensialınızı üzə çıxarmaqda əvəzsiz rol oynayacaq. Bakalaviatura, magistratura, doktorantura, fərq etməz, hansı mərhələdən başlayırsınızsa, başlayın, Türkiyədə aldığınız təhsil gələcəkdə sizin yüksəksəviyyəli peşəkar kimi yetişməyinizdə öz sözünü deyəcək. 

Üstəlik, dil yaxınlığı, mətbəx, adət-ənənə bənzərliyi sizin bu ölkəyə daha tez adaptasiya olunmağınıza kömək edəcək.