Xarici dil kursuna getmədən öncə sizə bəzi tövsiyələrimiz var

Xaricə gedənə qədər öyrənmək istədiyiniz dili müəyyən səviyyədə bilməyə çalışın.
Əlbəttə, vaxtınız varsa və maddi vəziyyətiniz imkan verirsə, orada xarici dilə sıfırdan başlaya bilərsiniz. Əgər müəyyən bir səviyyə ilə getmək istəyirsinizsə, onda yaxın tərəfdaşımız Beynəlxalq Dil və İmtahan Mərkəzini tövsiyə edə bilərik. Mərkəz bu günə qədər intensiv və standart kursları ilə yüzlərlə tələbənin xarici dilə yiyələnməsinə kömək edib.

Xarici dili sürətli öyrənmək üçün mümkün qədər ana dilindən “uzaq olun”.
Xaricə getdikdə ana dili də daxil olmaqla bildiyiniz dillərdən qətiyyən istifadə etməyin. Tamamilə öyrənmək istədiyiniz xarici dilə fokuslanın. Bu müddət ərzində dinlədiyiniz mahnıların, baxdığınız filmlərin, söhbətlərin sadəcə xarici dildə olmasına diqqət edin. Bu, sizin hədəfə çatmaq üçün daha az məsafə qət etməyinizə səbəb olacaq.

Öyrəndiyiniz dildə yaradılmış sənət nümunələri ilə tanış olun.
Müxtəlif ölkələrdən gəlmiş kurs yoldaşlarınız və müəllimlərinizlə söhbətdə sizin dünyagörüşünüzün miqyasını göstərən məlumatlara ehtiyacınız olacaq. Bu bilgilərə həm də xarici dildə daha çox danışa bilməyinizə kömək edən informasiya bloku kimi baxın.