TÜRKİYƏDƏ TƏQAÜD PROQRAMLARI

Xarici tələbələrin Türkiyədə təhsil almasına dəstək verən ən populyar təqaüd proqramı “Türkiye bursları” proqramıdır. Analoji təqaüd proqramları ilə müqayisədə çoxlu sayda üstünlükləri olan “Türkiye bursları” sayəsində xarici tələbələr Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və digər ixtisaslar üzrə təqaüdlə təhsil ala bilərlər. 

“Türkiye bursları” proqramı tələbələrə nə təklif edir:  

•    Universitet və ixtisas yerləşdirməsi 
•    Universitet xərclərinin ödənməsi
•    1 il ödənişsiz türkcə öyrənmək imkanı  
•    Yataqxana 
•    Türkiyəyə gediş-dönüş bileti 
•    Tibbi sığorta 
•    Aylıq təqaüd