Amerika Birləşmiş Ştatları magistratura təhsili almaq üçün ən yaxşı ölkələrdən hesab olunur. Yüzlərlə universitet, bir-birindən fərqli proqramlar, aktiv tələbə həyatı bütün dünyadan tələbələri bu ölkəyə cəlb edir. Bir çox proqramlar üzrə ixtisaslaşmış Amerikanın təhsil sistemi öz keyfiyyətinə görə seçilməkdə və hər il daha da inkişaf etməkdədir.
Amerika Birləşmiş Ştatlarında magistratura proqramlarının müddəti 2 ildir. MBA proqramlarında aktiv işləyənlər üçün 1 il təhsil müddəti müəyyənləşdirilib. Magistraturanı başa vurduqdan sonra məzuna 2 il Amerikada qalıb işləmək hüququ verilir.
Amerikada magistraturaya müraciət şərtləri
Magistraturaya müraciət etmək üçün bakalaviaturanı bitirmək haqqında arayış qəbul olunmur, mütləq bakalavr diplomu təqdim edilməlidir. Yüksək səviyyədə ingiliscə bilmək əsas şərtlərdəndir. TOEFL balı minimum 79, IELTS balı minimum 6 olmalıdır.
GMAT və GRE imtahanları
Amerikada magistratura və ya doktorantura təhsil almaq istəyirsinizsə, bəzi universitetlər mühəndislik, sosial elmlər, sənət və idman ixtisasları üçün GMAT nəticələrini tələb edə bilər. Biznesin idarə edilməsi, maliyyə, iqtisadiyyat kimi sahələr üçün isə GRE nəticələri istənilməkdədir.
GPA – qiymət ortalaması
Amerikada magistraturaya müraciət etmək üçün bakalavr diplomunda orta bal ən azı 75 olmalıdır. Müraciət etdiyiniz universitet nə qədər məşhurdursa, orta balın da o qədər yüksək olması tələb edilir.
Amerikada magistratura üçün nə vaxt müraciət edilməlidir
Amerikada tədris ili avqust-may arasında müəyyənləşdirilib. Universitetlər bu müddəti 2 və ya 4 semestrə bölə bilirlər. Hər universitetdə fərqli qəbul qaydaları olduğu üçün hazırlığa 6 ay öncədən başlamağı tövsiyə edirik.
Amerikada magistratura xərcləri
Amerikada magistratura təhsili üçün ödənişlər universitetlərə görə fərqlənir. Bir semestr üçün bu məbləğ 7 500 – 15 000 ABŞ dolları ola bilər. 4 semestrlik magistratura pilləsinin ümumi xərci 30 000 - 60 000 USD arasında dəyişir.
Amerikada tələbə xərcləri
Hər yerdə olduğu kimi, Amerikada da həyat xərcləri şəhərə görə dəyişir. Nyu-York, Los Anceles, Boston, Çikaqo kimi böyük şəhərlərdə aylıq 1500 dollar, daha kiçik şəhərlərdə aylıq 1100 dollar xərcləməli olacaqsınız. Bu məbləğə yaşayış yeri, nəqliyyat, qidalanma və sosial aktivlik xərcləri daxildir.
Tibbi sığorta
Tibbi sığorta Amerikada ən bahalı xərclərdəndir. Universitetdə qeydiyyatdan keçərkən mütləq tibbi sığortanız olmalıdır. Universitetlərin çoxu tələbələri daimi əməkdşalıq etdiyi sığorta şirkətlərinə yönəldir. Sığorta xərci illik təxminən 800-1200 dollardır.
Amerikada magistratura təqaüdü
Amerika universitetləri adətən akademik, sənət, idman və sosial sahələrdə uğur qazanmış tələbələrə təqaüd verir. Uğurlu xarici tələbələr 25%, 50%, hətta 100% təqaüd qazana bilərlər. Ən yaxşı məzunlara universitetdə müəllim kimi fəaliyyət göstərmələri təklif olunur.
Amerikada magistratura təhsili üçün ən çox müraciət edilən ixtisaslar
Mühəndisliyin idarə edilməsi
Elm texnologiyaları
Kompüter mühəndisliyi
Maliyyə
İqtisadiyyatın idarə olunması