AVSTRİYADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Avstriyada magistratura təhsili almaq son illərin təhsil trendləri sırasındadır. Xüsusən də Vyana Universiteti, Vyana Texniki Universiteti, Vyana İqtisad Universiteti, Qraz Texniki Universiteti, Salzburq Universiteti və Yohannes Keppler Linz Universiteti xarici tələbələrin çox müraciət etdiyi təhsil müəssisələrindəndir.   

Avstriyada magistratura təhsilinə müraciət şərtləri

Avstriyada magistratura təhsili seçərkən nəzərə alın ki, oxumaq istədiyiniz ixtisas bakalaviaturada oxuduğunuz ixtisasa yaxın olmalıdır.   

Magistratura təhsili üçün Avstriya universitetlərinə müraciət etmək istəyirsinizsə, bakalaviaturadakı qiymət ortalamasının çox vacib olduğunu nəzərə almalısınız. Bu orta bal minimum 75-80 arasında olmalıdır. Əks halda universitetdən müsbət cavab almaq ehtimalı azalır.

Avstraliyada həm almanca, həm də ingiliscə magistratura təhsili ala bilərsiniz. Təbii ki, almanca olan proqramların sayı daha çoxdur. Buna görə də alman dilində təklif edilən proqramlara qəbul olunmaq ehtimalı daha yüksək qiymətləndirilir. Lazımi səviyyədə alman dilinə sahib deyilsinizsə, şərti qəbul alaraq Avstriyaya gedə və alman dilini orada təkmilləşdirə bilərsiniz. Şərti qəbul zamanı A2 səviyyə almancanızın olduğunu ÖSD, TELC və ya Goethe kimi beynəlxalq sertifikatlarla sübut etməlisiniz.  

Magistratura qiymətləri

Avstriyada magistratura təhsili almağın bir üstünlüyü də onun dövlət universitetlərində ödənişsiz olmasıdır. Universitet xərci illik 1500 avrodur. Hər semestr üçün 750 avro ödənməlidir. Hökumətin verdiyi iş icazəsindən də yararlanaraq, maddi vəziyyətinizi stabil saxlamaq imkanınız var. Təhsilin və işin bir-birinə mane olmayacağı halda Avstriyada aktiv tələbə həyatı yaşayacağınıza əmin ola bilərsiniz.  

Avstriyada magistratura təhsilinin üstünlküləri 

Avstriyada magistratura təhsili almış məzun ilk növbədə Avropanın ən çox danışılan dillərindən olan almancanı mükəmməl öyrənmiş olur. Eyni hal ingiliscə təhsil alanlara da aiddir.

Avstriyada qazanılmış magistr diplomu istənilən ölkədə karyera qurmaq üçün ən vacib sənədlərdən biri ola bilər. Magistraturanı uğurla bitirdikdən sonra Avstriya hökuməti 2 illik iş vizası verir. Bundan sonra rahat şəkildə karyera quruculuğuna başlamaq olar. Çünki Avropa da daxil bütün dünya ölkələri Avstriyanın magistr diplomunu yüksək səviyyədə qəbul etməyə hazırdır.