BELÇİKADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Belçikada magistratura təhsili həm uyğun qiymətə başa gəlir, həm də nüfuzlu universitetlərdə keyfiyyətli təhsil sayılır. Belçikada magistratura təhsili 2 il davam edir. Tələblərin həftədə 20 saat part-taym işləmək icazəsi vardır. 
Belçika Avropa Birliyinə daxil olan ölkə kimi yüksək keyfiyyətli təhsili ilə seçilir. Ölkə üç bölgədən ibarətdir: Flandriya, Valloniya və Brüssel paytaxt bölgəsi. Hər bölgənin rəsmi dövlət dili fərqlidir. Bu bölgü təhsilin dilinə də təsir edir.  

Magistraturaya müraciət üçün lazım olan sənədlər
•    Bakalavr diplomu və diplom əlavəsi 
•    Bakalavr transkripti 
•    Niyyət məktubu
•    İngilis dili sertifikatı 
•    Bəzi universitetlər və fakültələr tövsiyə məktubu, CV, iş təcrübəsi kimi əlavə sənədlər istəyə bilər. 

Magistraturaya müraciət tarixləri 
Belçika universitetlərinə müraciət tarixləri universitet və fakültəyə görə dəyişir. Sentyabr və oktyabr aylarına qədər müraciətlərin tamamlandığını söyləmək mümkündür.  

Belçikada təhsil və yaşam xərcləri 

Universitet xərcləri Belçikanın əyalətlərinə görə bir-birindən fərqlənir. Valloniya bölgəsində təhsil alan tələbələr ARES-nin (Académie de recherche et d'enseignement supérieur) müəyyən etdiyi məbləği ödəmək öhdəliyi vardır. Flandriya bölgəsində Avropa Birliyi vətəndaşları və xarici tələbələrin ödədiyi məbləğlər arasında fərq olsa da, bu rəqəm müəyyən bir həddi keçməməkdədir.
Yaşam xərclərinə gəlincə, məbləğə təsir edən əsas məsələ yaşamaq üçün yerin seçilməsidir. Universitet yataqxanasından kirayə evlərə qədər seçimlərin olduğu ölkədə aylıq 200 – 1000 avro xərcləməli olacaqsınız. 
Mətbəxdə mahir olan tələbələr ayda 150-200 avro ilə ləzzətli yeməklərlə qidalana bilərlər. Çöldə yemək istəyənlər isə gündəlik 7-18 avro xərcləyəcəklərini bilməlidirlər. 

Belçikada yaşamaq üçün yer təklifləri
•    Kampus yataqxanaları və rezidanslar: kampusun içində yerləşdiyi üçün universitetə yaxın olması, qiymətlərinin daha uyğun müəyyənləşdirilməsi səbəbindən tələbələr daha çox burada qalmaq istəyirlər. Eyni zamanda, bu yataqxana və rezidanslar universitet həyatının bir parçası kimi tələbələrin xoşuna gəlir. 
•    Özəl yataqxanalar və rezidanslar: universitetə yaxın məsafədə yerləşən bu yataqxanalarda tələbələrə birnəfərlik, ikinəfərlik və daha böyük mənzillər təklif edilir. 
•    Tələbə evləri: tələbələr tək başına və ya bir neçə nəfər birlikdə qala bilərlər, bəzi evlərdə mətbəx, hamam və qonaq otağı ümumi istifadə olunur.