Çex Respublikası uyğun yaşam xərcləri və münasib universitet ödənişləri ilə diqqət çəkən ölkələrdəndir. Ali təhsilin bütün pillələri üzrə keyfiyyətli təhsil verən bu ölkə xarici tələbələrin sevərək seçdiyi universitetlərin vətənidir.
Siz Çexiyada həm çex, həm də ingilis dilində magistratura təhsili ala bilərsiniz.
Çex dilində magistratura təhsili ödənişsizdir. Bir çox universitet çex dilində hazırlıq kursu da təklif edilir. Çex dilində oxumaq tələbənin təhsil xərclərini xeyli azaltmış olur.
Magistratura təhsili əsasən 2 ildir. Bəzi proqramlarda fərqli müddət ola bilər.
Çexiyada həm yaşı yüz illərlə ölçülən dövlət universitetlərində, həm də modern üslubda qurulmuş özəl təhsil ocaqlarında magistratura təhsili almaq mümkündür.
Magistraturada ən çox müraciət edilən ixtisaslar biznesin idarə edilməsi, mühəndislik və memarlıqdır. Tələbələrin yarı gün işləmək icazə var. Məzun olduqdan sonra isə 2 illik iş axtarma vizası ala bilərlər.
Çexiyada magistraturaya müraciət şərtləri:
• Bakalavr diplomu
• GPA 2,5+
• İngiliscə oxumaq istəyənlərin IELTS balı minimum 6,5 olmalıdır. İngilis dili yetərli olmadıqda Çexiya universitetində hazırlıq kursuna gedə bilərsiniz.
• 1 tövsiyə məktubu
• Niyyət məktubu
• Akademik uğurların əks olunduğu CV
Çexiyada magistratura qiymətləri
Çexiyada magistratura pilləsində təhsil almaq üçün ödəyəcəyiniz məbləğ seçdiyiniz dilə, ixtisasa və universitetə görə dəyişir.
Çex və ingilis dilində hazırlıq kursu 4 900 avrodur.
Çex dilində təhsil ödənişsizdir. İngilis dilində oxumaq istəyənlər 3000 – 5000 avro arasında ödəniş etməli olacaq. Tibb proqramlarının qiyməti isə 8000 – 14000 avro arasında dəyərləndirilir.