FRANSADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Magistratura təhsili üçün Fransanı seçən tələbələrin ciddi səbəbləri var. Uyğun universitet qiymətləri, fransızca öyrənmək, qədim fransız universitetləri, keyfiyyətli təhsil. 
Fransa universitetlərinə müraciət edərkən çox diqqətli davranmaq lazımdır. Çünki hər bir universitetin və ixtisasın fərqli sənəd tələbləri və müraciət tarixləri ola bilər. 

Fransada magistratura təhsilinin müddəti 2 ildir. Sentyabrda dərsə başlayan Fransa universitetlərində uzun tətillər mövcuddur. Tələbələrə iyulda başlayan və 2 ay davam edən yay tətili, Yeni il və Pasxada 2 və ya 3 həftəlik tətil, eyni zamanda, semestr tətilləri verilməkdədir. 

Xarici tələbələr Fransada daha çox ədəbiyyat, sənət, tarix kimi sahələrlə yanaşı, biznesin idarə edilməsi, elmi araşdırma və texnologiya ilə bağlı sahələri də seçirlər. 

Fransada magistratura təhsilinin dili

Fransada təhsil fransızcadır. Amma universitetlərin ingiliscə böyük həcmdə ixtisas proqramları da vardır. Təklif olunan 1600 magistratura proqramından 1200-ü ingiliscədir. Dil bilikləri müvafiq sertifikatlarla təsdiqlənməlidir. 
•    TCF 400+ 
•    DELF 75+ 
•    DALF 50+
•    IELTS 6,5+
•    TOEFL 85+
•    Cambridge FCE, C1 və C2 
•    PTE 


Fransada magistraturaya müraciət üçün tələb olunan sənədlər  

•    Bakalavr diplomu və sonuncu kursda oxuduğunuzu göstərən sənəd
•    Attestat
•    Transkript
•    MBA proqramı üçün iş təcrübəsinin əks olunduğu CV 
•    Dil sertifikatı 
•    GRE və ya GMAT nəticəsi  
•    Niyyət məktubu 
•    Seçilmiş magistratura proqramına əsasən araşdırma mövzusunun əks olunduğu layihə 
•    1-3 tövsiyə məktubu 
•    Sənət, moda dizaynı və memarlıq sahələrini seçənlər portfolio hazırlamalıdır 


Fransada magistratura qiymətləri və yaşam xərcləri  

Magistraturanın illik qiyməti ortalama 4 000 avrodur. 
Fransada bir tələbənin illik xərci 10 000 – 18 000 arasında dəyişir. 
Fransada tələbə vizası ilə ildə 964 saat, yəni qanuni iş ilinin 60 %-ni işləmək mümkündür. Magistratura məzunlarına altı aylıq iş axtarma haqqı verilir. 

Fransada yataqxana imkanları 

Kampusda yataqxanalar və rezidanslar: Bu yataqxanalarda tələbələrə birnəfərlik, ikinəfərlik, 3-4 nəfərlik seçimlər verilir. Bəzi yataqxanalarda səhər və axşam yemək də verilir. 
Özəl yataqxanalar və rezidanslar: Adətən universitetə yaxın ərazidə yerləşən bu yataqxanalarda qiymət də, xidmət də daha yüksəkdir. Bəzi rezidanslarda tələbələrə studio tipli mənzillər təklif edilir. 
Tələbə evləri: Bir neçə tələbənin birlikdə qala bildiyi və tələbələrin özlərini daha rahat hiss etdiyi bu evlərə böyük tələbat var. Tələbə evlərində yemək verilmir. Ya bişirə, ya sifariş edə bilərsiniz. 
Ailə ilə yaşamaq: Evinizdəki kimi yaşamağa davam etmək istəyirsinizsə, ailə ilə yaşamağı seçə bilərsiniz. Hazır yemək, ailə söhbətləri, bərabər gəzintilər. Fransız adət-ənənələrini ən tez bir fransız ailəsində yaşayaraq öyrənə bilərsiniz.