İSPANİYADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

İspaniyada magistratura təhsili almaq üçün səbəblər çoxdur. İspanca və ingiliscə onlarla maraqlı proqram, uyğun təhsil haqqı, münasib yaşam standartları İspaniyanı mütləq sizə sevdirəcək.

İspaniyada magistratura təhsili seçimə görə 1 il (60 ECTS) və 2 ildir (120 ECTS).

Ən çox müraciət olunan ixtisaslar biznes və iqtisadiyyat, turizm, dizayn və modadır.   

Magistraturaya qəbul şərtləri

İspaniyada magistratura təhsili almaq üçün minimum B2 səviyyədə ispanca bilmək tələb olunur. İngiliscə oxumaq istəyənlər IELTS-dən minimum 6 bal toplamalıdırlar.

GPA - qiymət ortalamasının 75+ olması tələb edilir.  

İspaniyada magistratura təhsilinin qiyməti

İspaniyada universitet ödənişi kredit sayına görə müəyyənləşdirilir. Bir kreditin qiyməti 22-36 avro arasında dəyişir. Dövlət universitetlərində Avropa Birliyi vətəndaşı olmayan xaricilərin illik təhsil haqqı 2 000 avrodan 6 000 avroya qədər dəyişə bilir. Özəl universitetlərdə isə bu rəqəm 7 000 – 15 000 arasındadır.

İspaniyada yaşayış yeri

Kampus içində yataqxana və rezidanslar: Bu cür yataqxana və rezidansları tələbələr çox seçir. Tələbələrə birnəfərlik, ikinəfərlik və 3-4 nəfərlik otaqlar təklif edilir. Bəzi yataqxanalar gündə 2 dəfə tələbələri yeməklə təmin edir.

Özəl yataqxana və rezidanslar: Özəl yataqxanalar əsasən kampusa yaxın məsafədə yerləşir. Tələbələr tək və ya bir neçə nəfərlə qala bilərlər. Rezidanslarda şərait daha yaxşıdır. Burada studio tipli mənzillərdlə yaşamaq mümkündür.

Tələbə evləri: Daha sərbəst yaşamaq istəyən tələbələr bu evləri seçirlər. Yemək xidməti yoxdur. Tələbələr yemək bişirməkdə və ya kənardan sifariş etməkdə daha sərbəstdirlər.  

Ailə ilə yaşamaq: İstiqanlı ispan ailəsi ilə birlikdə yaşamaq olduqca maraqlı bir təcrübə və əyləncəyə çevrilə bilər. Hazır yemək, rahat otaq, ev sahiblərinin dostyana münasibəti sizin xoşunuza gələcək. İspan mədəniyyətini, adət-ənənəsini öyrənməyin ən qısa yolu bir ispan ailəsində yaşamaqdan keçir.

İspaniyada oxuyarkən işləmək icazəsi

İspaniyada tələbə vizası ilə 1 gündə 4 saat, həftədə 20 saat işləmək mümkündür. Magistr diplomu aldıqdan sonra isə 1 illik işaxtarma vizası verilir. Bir il ərzində daimi iş müqaviləsi bağlamış hər gənc İspaniyada yaşamağa davam edə bilər. 

İspaniyada ən yaxşı dövlət universitetləri

Pompeu Fabra University
Autonomous University of Barcelona
University of Barcelona
Autonomous University of Madrid
University of Navarra


İspaniyanın məşhur biznes məktəbləri

1. IESE Business School – Barcelona

2. ESADE Business School – Barcelona

3. IESE Business School – Madrid

4. School of Economics and Business – Universidad de Navarra Pamplona

5. Barcelona Business School