İSVEÇRƏDƏ MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Əsrarəngiz təbiəti ilə bütün dünyanın diqqətini cəlb edən İsveçrə heç şübhəsiz, həm də ən keyfiyyətli universitetlərin olduğu ölkələr sırasındadır. İsveçrədə magistratura təhsili almaq  gənclər arasında olduqca prestijli və gələcəyə hədəflənmiş qərar sayılır.  
Tətbiqi və araşdırma universitetləri olaraq iki təhsil modeli tətbiq edən İsveçrə təklif etdiyi təhsil imkanları sayəsində xarici tələbələrin can atdığı ölkələr arasında ilk yerlərdən birini tutur. Tələbələr seçdikləri ixtisasdan olaraq ya tətbiqi, ya da araşdırma universitetində oxuya bilirlər. Hər iki halda müasir texniki baza, zəngin kitabxanalar onların ixtiyarındadır. İsveçrədə magistratura təhsili üçün ən çox seçilən ixtisaslar mühəndislik, hüquq, tibb və elm sahələridir.  
Siz İsveçrədə 4 dildə - ingilis, fransız, alman və italyanca təhsil ala bilərsiniz. Bu ölkədə magistratura proqramı 3 və ya 4 semestr davam edir. Tələbələrin bu müddət ərzində 90-120 kredit vermək öhdəliyi vardır. 

Magistraturaya müraciət üçün lazım olan sənədlər 

Universitetə və ixtisasa görə dəyişən sənədlər sırasında əsas olanlar: 

•    Bakalavr diplomu 
•    Transkript
•    GPA – qiymət ortalaması
•    Almanca, fransızca və ya ingiliscə dil sertifikatları (alman dili ÖSD və ya TestDaf, fransız dili DELF, ingilis dili IELTS və ya TOEFL)
•    Niyyət məktubu
•    2-3 ədəd tövsiyə məktubu
•    MBA üçün müraciət edənlər dolğun tərtib edilmiş CV və işverəndən tövsiyə məktubu
•    Dizayn, memarlıq kimi ixtisaslarda təhsil almaq istəyənlər portfolio hazırlamalıdır


Magistratura qiymətləri və yaşam xərcləri

İsveçrədə universitet qiymətləri şəhərə, universitetə və ixtisasa görə dəyişir. 
3-4 semestri əhatə edən magistratura təhsili üçün 22 000 – 50 000 ABŞ dolları arasında bir məbləğ ödəmək lazım gəlir. 
İsveçrədə bir xarici vətəndaş təxminən 800 CHF xərcləyəcəyini nəzərə almalıdır. Bu qiymətə gündəlik yemək, nəqliyyat və sosial aktivliklərin qiymətləri daxildir. 
İsveçrədə yaşamaq yeri üçün bir neçə variant təklif edilir. 
•    Tələbə yataqxanası, 300 – 3000 CHF arasında dəyişən qiymətlərlə
•    Ailə ilə yaşamaq istəsəniz, 500 - 1200 CHF arasında xərciniz çıxacaq
•    3-4 nəfər birlikdə ev kirayələmək istəsə, adambaşına 400 - 1200 CHF xərcləməli olacaqlar


İsveçrədə magistratura proqramları 

İsveçrədə universitetlər olduqca çox sayda proqram təklif edir. Məsələn, Stokholm Universitetində ingilis dilində 230 magistratura, 934 bakalaviatura proqramı mövcuddur. 
Magistraturada oxumaq üçün bəzi fakültələri qeyd etmək istərdik:
•    Kompüter və sistem elmləri
•    Biznesin idarə edilməsi və iqtisadiyyat 
•    Sənət və humanitar elmlər
•    Müəllim təhsili
•    Media və kommunikasiya 
•    Humanitar, sosial və siyasi elmlər
•    Hüquq 
•    Elm və riyaziyyat 
•    Dillər və linqvistika 


İsveçrədə magistratura təqaüdləri 

Yüksək akademik göstəricilərə malik tələbələr öz təhsil və yaşam xərclərini ödəmək üçün əlavə maliyyə qaynağı tapmaqda çətinlik çəkmirlər. Bəzi təqaüd imkanlarını qeyd edirik: 
•    ETH təqaüdləri 
•    UNIL Master’s Grants
•    EPFL təqaüdləri 
•    Magistratura İnstitutu Təqaüdləri
•    IMD MBA təqaüdləri 
•    Cenevre Universitetinin magistratura təqaüdləri