KANADADA MAGİSTRATURA

Kanadada magistratura təhsili karyera quruculuğuna başlayan gənclərin ilk seçimləri arasındadır. Kanadanın reytinqli universitetlərinin təklif etdiyi magistratura proqramları çox sayda sahəni əhatə edir. Mühəndislikdən sənətə qədər bir çox sahədə magistr diplomu qazanmaq üçün iki dildə – ingiliscə və fransızca, təhsil verən Kanadanı ən uyğun ölkələr sırasına aid etmək olar. 


Kanadada magistraturaya qəbul şərtləri 


Magistraturada təhsil müddəti əsasən 2 ildir. MBA proqramları isə birillikdir. Bu proqramı başa vuran məzunlara Kanadada qalıb işləmək icazə verilir. Kanada universitetlərinin namizədlərə olan tələbləri yüksəkdir. Müraciət etməzdən öncə nəzərə alın ki, baza şərtlərə minimum 83 bal qiymət ortalaması və yüksək səviyyədə ingilis dili biliyi daxildir – IELTS balı minimum 6,5 olmalıdır. 
Əgər tələb olunan ingilis dili səviyyəsinə sahib deyilsinizsə, “Pathway” proqramına qoşula bilərsiniz. Bu proqramı uğurla başa vurduqdan sonra magistraturada təhsilə başlaya bilərsiniz. 


“Pathway” proqramından başqa, hər bir universitet və kollecin ingiliscəsi lazımi səviyyədə olmayan tələbələri üçün proqramları mövcuddur. Yay məktəbləri də belə proqramlardandır. 


Magistratura proqramlarına müraciət edərkən zəngin bir CV və bakalaviatura oxuduğunuz təhsil müəssisəsindən referans məktubu istənilməkdədir. Tövsiyə məktubunu yazan müəllim tələbənin bu ixtisası niyə seçdiyini və gələcəkdə ona hansı faydaları olacağını əsaslandırmalıdır. 


Çoxsaylı namizədlər içində seçilə bilmək üçün niyyət məktubuna da xüsusi diqqət yetirilməlidir. Namizədin yazdığı niyyət məktubunda Kanadada magistratura təhsilini seçmə səbəbləri, gələcək planları dolğun şəkildə ifadə olunmalıdır. 


Kanadada magistraturaya müraciət dövrü 


İlkin müraciət dövrü: noyabr – fevralın əvvəli 
Əsas müraciət dövrü: fevral – aprel 
 
Magistraturada oxuyarkən iş icazəsi


İngilis dili kurslarına gedərkən işləmək real deyil. Təhsilə başladıqdan sonra tədris prosesinə mane olmayacaq şəkildə həftədə 20 saata qədər işləmək icazəsi verilir. 
Tələbə hər hansı bir firmada təcrübə proqramı tapsa, ona da qoşula bilər. Bu cür imkanlar universiteti bitirmədən iş təcrübəsi qazanmağa kömək edir. Sonrakı iş müraciətlərində bu təcrübə digər namizədlərə nisbətən onlara üstünlük qazandırır. 


Kanadanın ən yaxşı universitetləri 


Times Higher Education və QS siyahısına əsasən, dünya universitetləri sırasında tutduğu yer: 
•    Toronto Universiteti (THE: 18 / QS: 25)
•    Britaniya Kolumbiyası Universiteti (THE: 34 / QS: 45)
•    Makqill Universiteti (THE: 42 / QS: 31)
•    Makmaster Universiteti (THE: 69 / QS: 144)
•    Albert Universiteti (THE: 131 / QS: 119)
•    Simon Fraser Universiteti (THE: 251-300 / QS: 23)
•    Viktoriya Universiteti (THE: 351-400 / QS: 370)
•    York Universiteti (THE: 401-500 / QS: 531-540)
•    Karlton Universiteti (THE: 501-600 / QS: 601-650)
•    Quelf Universiteti (THE: 501-600 / QS: 571-580)
•    Brok Universiteti  
•    Manitoba Universiteti (THE: 351-400 / QS: 601-650)

 

Kanadada magistratura təhsili üçün ən çox müraciət edilən sahələr


•    Memarlıq 
•    Mühəndislik 
•    Mexatronika 
•    Kompüter mühəndisliyi 
•    Kompüter elmləri 
•    İqtisadiyyat, biznesin idarə edilməsi 
•    Sosial elmlər 
•    Biologiya, biotibb, biotexnologiya  
•    Aviasiya mühəndisliyi 
•    Sənət 
•    Dizayn
•    Vizual sənətlər