NİDERLANDDA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Niderland universitetləri QS Rankings, Leiden Rankings, Times Higher Education Rankings kimi dəyərləndirmə sistemlərində ilk yerləri tutur. Dünyanın 300 ən yaxşı universiteti arasında Niderlandın 8 universiteti var. Niderland universitetlərində magistratura təhsili almaq istər karyera quruculuğunda, istərsə də şəxsi inkişaf sahəsində bir gənc üçün olduqca önəmli mərhələ sayılmaqdadır.  

Niderlandda ən çox müraciət olunan magistratura proqramlarına memarlıq, incəsənət, mühəndislik, biznesin idarə edilməsi, iqtisadiyyat, psixologiya, sosial elmlər kimi istiqamətlər daxildir. 

Niderlandda həm araşdırma universitetlərində, həm də tətbiqi universitetlərdə magistratura təhsili almaq mümkündür. Xarici tələbələr arasında çox populyar olması səbəbindən seçimlər də ciddi şəkildə aparılır və ən yaxşılar seçilir. 

Niderlandda magistraturaya qəbul şərtləri: 
•    IELTS balı 6,5+ olmalıdır 
•    GPA araştırma universitetləri üçün 80+, tətbiqi universitetlər üçün isə ən az 75+ bal tələb olunur. 
•    2 tövsiyə məktubu
•    1 motivasiya məktubu 
•    Akademik və iş təcrübəsinin əks olunduğu, dolğun tərtib edilmiş CV 
•    İxtisasa görə portfolio


Niderlandda universitetlər ödənişləri

Niderlandda magistratura ödənişləri 9000 – 18000 arasında dəyişməkdədir. Xarici tələbələr üçün nəzərdə tutulmuş təqaüd proqramlarına da müraciət edə bilərsiniz. Amsterdamda yaşasanız, aylıq xərciniz 1200-1500 avro olacaq. Başqa şəhərlərdə daha ucuz yaşa bilərsiniz – təxminən 900-1200 avroya. 

Niderlandın reytinqli universitetləri

•    Delft University of Technology (TU Delft): 57-ci QS World Rankings / 78-ci Times Higher Education
•    University of Amsterdam: 61-ci QS World Rankings / 66-cı Times Higher Education
•    Eindhoven University of Technology: 120-ci QS World Rankings / 187-ci Times Higher Education
•    Leiden University: 128-ci QS World Rankings / 70-ci Times Higher Education
•    Utrecht University: 121-ci QS World Rankings / 75-ci Times Higher Education
•    University of Groningen: 128-ci QS World Rankings / 80-ci Times Higher Education
•    University of Twente: 197-ci QS World Rankings / 201-ci Times Higher Education
•    Erasmus University Rotterdam: 197-ci QS World Rankings / 72-ci Times Higher Education
•    Maastricht University: 234-cü QS World Rankings / 121-ci Times Higher Education
•    Vrije University: 236-cı QS World Rankings / 116-cı Times Higher Education

Niderlandda dövlət universitetləri 

•    Eindhoven University of Technology
•    Erasmus University Rotterdam
•    University of Twente
•    Maastricht University
•    Utrecht University
•    Vrije University
•    Leiden University
•    Radboud University