POLŞADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Polşa ölkənin rəsmi dili olan polyak dili ilə yanaşı, ingiliscə də çoxsaylı magistratura proqramları təklif edən ölkələrdəndir. Namizədlər IELTS, TOEFL və ya TOEIC kimi imtahanların nəticəsini təqdim etməlidirlər. Dil səviyyəsi tələb edilən səviyyədə olmadıqda universitetlərin xarici tələbələr üçün təşkil etdiyi dil kurslarında xarici dili təkmilləşdirmək imkanı verilir. 
Magistraturanı dövlət və ya özəl universitetdə oxumaq mümkündür. Əsasən 2 il sürən təhsil proqramının müddəti ixtisasa görə dəyişə bilir. Proqramların əksəriyyəti dissertasiyalı proqramlardır. 
Polşada magistratura təhsili almaq üçün əsas şərtlər: 
-    Bakalavr diplomu və transkript 
-    GPA 2,5+
-    IELTS minimum 6,5
-    Dolğun şəkildə yazılmış tövsiyə və niyyət məktubları
-    Akademik uğurların əks olunduğu CV

Polşada magistratura təhsilinin qiyməti
Təhsil haqqı universitet, fakültə və təhsil dilinə görə dəyişir. 
Polyak dilində oxumaq daha uyğun qiymətə oxumaq deməkdir. Polyakca magistratura təhsili ortalama 1500 avrodur. Fakültəyə görə dəyişiklik olacağı öncədən nəzərə alınmalıdır. 
İngilis dilində təhsil almaq istəyənlər isə 2500 – 4000 avro ödəməli olacaqlar. 

Polşada magistratura üçün müraciət tarixləri
Dil hazırlığı: avqustun sonuna qədər
İxtisasa müraciət: ən gec may ayı
Semestrlərarası müraciət: ən gec dekabr ayı

Magistraturada oxuyarkən işləmək imkanı 
Polşada magistr təhsili alan gənclərin həftədə 20 saat işləmək icazəsi var. Məzun olduqdan sonra isə həm Polşada, həm də Avropa Birliyi ölkələrində 2 ilə qədər işləmək və yaşamaq haqqı qazanırlar. Verilən müddət bitdikdən sonra sığortalı bir şirkətdə işlədikləri müddətdə Avropada yaşaya bilərlər.  

Magistratura təhsili üçün ən çox müraciət edilən ixtisaslar
•    Psixologiya 
•    Memarlıq
•    Kompüter mühəndisliyi
•    Avtomatlaşdırma
•    İnşaat mühəndisliyi 
•    Beynəlxalq iqtisadi əlaqələr
•    Biznesin idarə edilməsi
•    Daşınma 
•    Sosial elmlər 
•    Maliyyə 
•    Marketinq 
•    MBA