TÜRKİYƏDƏ MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Türkiyə universitetlərinin təklif etdiyi magistratura proqramı hər bir gəncin əmək bazarında sarsılmaz mövqe tutmasını təmin edən növbəti təhsil pilləsidir. Yüzlərlə magistratura proqramı, demək olar ki, bütün ixtisasları əhatə edir. Dövlət, özəl və vəqf universitetləri müəllimlikdən mühəndisliyə, biznesin idarə edilməsindən psixologiyaya qədər fərqli proqramlarla tələbələrin keyfiyyətli təhsil almasına şərait yaradırlar.

Türkiyədə magistratura üçün tələb olunan sənədlər

Türkiyə universitetlərində magistraturaya fərqli qəbul qaydaları tətbiq olunur. Yerli və xarici tələbələrdən tələb olunan sənədlər arasında da fərqlər mövcuddur.

Magistratura üçün mütləq bakalavr diplomu tələb olunur. Arayışla müraciət etmək mümkün deyil.  

Sənədlərin arasında bakalavr diplomunun əsli və ya notarius təsdiqli surəti, transkriptin əsli və ya notariuslu təsdiqli surəti, tövsiyə məktubu mütləq olmalıdır. 

Seçilən proqrama görə fərqli qiymət ortalaması istənilir. Tələb olunan qiymət ortalaması və ALES-dən ən azı 55 bal toplanması vacibdir. Magistraturada ALES balı 55-100 arasında bal tələb olunur. Dissertasiyasız magistratura proqramlarında ALES şərti qoyulmur.

Fərqli qəbul qaydaları və şərtləri olduğu üçün öncədən seçdiyiniz universitetin saytında prosesi izləməyiniz tövsiyə olunur.