• ALMANİYADA HANSI TƏQAÜD PROQRAMLARINA MÜRACİƏT ETMƏK OLAR?

    ALMANİYADA HANSI TƏQAÜD PROQRAMLARINA MÜRACİƏT ETMƏK OLAR?

    Almaniyada universitetə qəbul sənədini əldə etdikdən sonra təqaüd üçün müraciət edə biləcəyiniz müxtəlif təşkilatlar var. Universitetlərin özündə də təqaüd proqramları mövcuddur. Müsbət cavabın verilməsi sizin təhsil göstəricilərinizdən asılıdır. 

    Almaniyada təhsil təqaüdü verən ən məşhur təşkilatlardan biri DAAD – “Deutscher Akademischer Austauschdienst” təşkilatıdır. DAAD Azərbaycan vətəndaşlarına bir neçə istiqamətdə təqaüd proqramı təklif edir. 

    1.    Doktorantura və araşdırma üçün
    2.    Universitet məzunları üçün
    3.    Bakalaviatura və magistratura tələbələri üçün

    Almaniyada magistratura və doktorantura pilləsində təqaüd tapmaq şansınız daha çoxdur. 

    “Konrad-Adenauer-Stiftung”, “Friedrich-Ebert-Stiftung”, “Rosa-Luxemburg-Stiftung”, “Hanns-Seidel-Stiftung”, “Friedrich-Naumann-Stiftung”, “Heinrich-Böll-Stiftung” kimi fondlar sizin təhsilinizə kömək edə bilər
     

    Ətraflı
  • ALMANİYADA BİR TƏLƏBƏNİN AYLIQ XƏRCİ NƏ QƏDƏRDİR?

    ALMANİYADA BİR TƏLƏBƏNİN AYLIQ XƏRCİ NƏ QƏDƏRDİR?

    Almaniyada oxumaq qərarı adlğınız gündən “Görəsən, Almaniyada yaşamaq bahadırmı?” sualı sizi tərk etmir. Bu ölkədə sizi gözləyən xərclərə nəzər yetirək.  

    Almaniyada universitetiniz pulsuz olduğuna görə siz bəri başdan qənaət etmiş sayılırsınız. Bu, əla başlanğıcdır. 

    Əgər yaşamaq üçün dövlət yataqxanasını seçsəniz, burada da büdcənizə əməlli-başlı fayda vermiş olacaqsınız. Universitet yeməkxanalarında sizi həm də dadlı və ucuz yeməklər gözləyir. 

    Özəl yataqxanana qalsanız və ya kirayə tutduğunuz evdə tək yaşasanız, xərclərinizi bir qədər artırmış olursunuz. Ölkədaxili və xarici səyahətləri, mədəni və sosial tədbirləri də əlavə edirik. 

    Bütün bunlarün üstünə az miqdarda universitet xərclərini də hesablasaq, şəhərə görə dəyişən qiymətlərlə sizə bir ay ərzində təxminən 600-1000 avro arasında xərclik lazım olduğunu deyə bilərik. 

    Ətraflı
  • ALMANİYANIN ƏN POPULYAR TƏLƏBƏ ŞƏHƏRLƏRİ HANSILARDIR?

    ALMANİYANIN ƏN POPULYAR TƏLƏBƏ ŞƏHƏRLƏRİ HANSILARDIR?

    Siz Almaniyada universitet seçərkən istəyirsiniz ki, ən qaynar tələbə həyatı olan, çoxlu yeni insanlar tanıyacağınız, siması gənclər olan bir şəhərdə oxuyasınız. Təbii ki, “ən yaxşı”nı müəyyənləşdirmək subyektiv məsələdir. Almaniyada təhsil almış hər bir gəncin öz top şəhərləri və top səbəbləri ola bilər. 

    Tələbələr arasında ən populyar şəhərləri saysaq, Berlindən Passauya qədər bir yol getməliyik. Şəhərləri seçmə səbəbi tələbəyə görə dəyişir. Daha qədim şəhər, daha ucuz şəhər, daha yaxşı universitet, daha multikultural mühit... 

    Biz sizə kömək üçün bəzi rezümelər etdik. 

    Berlini seçmək o deməkdir ki, sizi kasıb və cazibədar, 7/24 aktiv bir şəhər həyatı gözləyir. 

    Velosiped həvəskarları mütləq Münsteri seçməlidir. Bütün şəhəri velosipedlə gəzmək imkanını qaçırmaq olmaz! 

    Almaniyanın ən qədim universitetində oxumaq istəyirsinizsə, gərək Heydelberqə gedəsiniz. Yox, Almaniyanın ən reytinqli universitetindən diplom almağa iddialısınızsa, Münhen təyyarəsinə bilet almalısınız. 

    Münhen sizə çox səs-küylü gəlsə, daha bir reytinqli universitet üçün Ahen şəhərini seçə bilərsiniz. 
     

    Ətraflı
  • ALMANİYADA TƏLƏBƏ OLMAQ NİYƏ MARAQLIDIR?

    ALMANİYADA TƏLƏBƏ OLMAQ NİYƏ MARAQLIDIR?

    Almaniyada oxumaq istəyənlərin sayı hər il daha da artır. Bu ölkədə təhsil almağı cəlbedici edən nədir? 

    İlk növbədə təhsil pulsuzdur! Siz oxumaq üçün universitet və ya kollecə heç bir vəsait ödəmirsiniz. 

    Sadəcə yaxşı səviyyədə almanca bilmək və qənaətbəxş orta məktəb nəticələri ilə Almaniyada təhsil üçün müraciət edə bilərsiniz. Hansı şəhəri, universiteti, ixtisası seçirsinizsə seçin, heç fərqi yoxdur – sizi yüksəksəviyyəli təhsil gözləyir!   

    Tələbə kartı yaşadığınız şəhərdə ictimai nəqliyyatdan pulsuz istifadə haqqı verir. Həm də limitsiz! Hətta bəzi şəhərlərdə bütün region üzrə ictimai nəqliyyat pulsuzdur!  

    İşləməyə həvəsi və vaxtı olanlar həftədə 20 saat olmaqla part-taym işləmək imkanl qazanırlar. Məzun olduqdan sonra da 18 aya qədər iş vizası verilir. 

    Bu cür şərait yaradıldıqdan sonra necə Almaniyada oxumayasan?!
     

    Ətraflı
  • DÜNYA UNİVERSİTETLƏRİNİN REYTİNQ CƏDVƏLLƏRİNDƏ HANSI ALMANİYA UNİVERSİTETLƏRİ VAR?

    DÜNYA UNİVERSİTETLƏRİNİN REYTİNQ CƏDVƏLLƏRİNDƏ HANSI ALMANİYA UNİVERSİTETLƏRİ VAR?

    Biz Almaniyanın təhsil sisteminin üstünlüklərindən çox danışırıq. Tələbələrə yaradılan şərait xarici vətəndaşları da bu ölkəyə cəlb edir. Təhsildəki bu keyfiyyət Almaniya universitetlərini dünya universitetlərinin reytinq cədvəllərində ən yuxarılarda yer almasına səbəb olur. 
     
    Bu gün Almaniyanın 41 universiteti dünyanın ən yaxşı universitetləri arasında yer alır. Berlin, Münhen, Münih və digər şəhərlərdə yerləşən universitetlər verdikləri təhsilin keyfiyyəti, həm də tələbələrin işləməsi, sosial həyatı üçün münasib proqramlar təklif edir. 
     
    Top universitetlər arasında yer alan Almaniya universitetlərini qeyd etmək istərdik. 
    1. Texniki Universitet - Münih (TUM)
    2. Ludwig-Maximilians-University Münhen (LMU)
    3. Ruprecht-Karls-University Heidelberg (RKUH)
    4. Karlsruhe Texnologiya İnstitutu
    5. Humboldt Universiteti Berlin (HUB)
     

    Ətraflı
  • ALMANİYADA ŞTUDİENKOLLEC

    ALMANİYADA ŞTUDİENKOLLEC

    Almaniyada orta təhsil 12 ildir. Bu müddəti bitirmədən universitetə qəbul olunmaq mümkün deyil. Buna görə də Azərbaycan kimi 11 illik orta təhsil verən ölkələrin vətəndaşları Almaniyada 12-ci sinfi – ştudienkollec oxumalı olurlar. 

    Ştudienkolleclərə qəbul çətin deyil. B1-B2 dil sertifikatı və orta məktəb attestatı ilə müraciətə müsbət cavab aldıqdan sonra həmin universitetdə riyaziyyat və alman dilindən imtahan verilir. Bir il oxuduqdan sonra yekun imtahan da keçirilir. Bundan sonra universitetin birinci kursuna qəbul olunmuş sayılırsınız.

    Ətraflı
  • ALMANİYADA MAGİSTRATURA TƏHSİLİ

    ALMANİYADA MAGİSTRATURA TƏHSİLİ

    Almaniya sadəcə bakalaviatura deyil, magistratura oxumaq üçün də çox uyğun bir ölkədir. Siz bu ölkədə həm almanca, həm də ingiliscə magistratura təhsili ala bilərsiniz. İstənilən halda təhsil pulsuz olacaq. 

    Almaniyada magistratura təhsili limitli (Consecutive) və limitsiz (Non-Consecutive) olaraq iki yerə ayırılır. Limitli kateqoriya daha çox bakalaviaturada öyrəndikləri biliyi dərinləşdirmək istəyənlər üçün nəzərdə tutulur. Limitsiz proqramlar isə ixtisasartırmaya önəm verir. Burada bakalavr diplomu və iş təcrübəsi əsas götürülür. 

    Magistraturaya müraciət üçün bakalaviatura transkriptləri və dil səviyyəsini göstərən sertifikat təqdim edilməlidir. Magistraturaya bir ildə iki dəfə müraciət etmək mümkündür. Qış semestri üçün 15 iyuna, yay semestri üçün 15 yanvara qədər vaxt verilir. Bəzi universitet və ixtisaslarda fərqli tarix ola bilər. 
     

    Ətraflı
  • ALMANİYADA BAKALAVİATURA TƏHSİLİ

    ALMANİYADA BAKALAVİATURA TƏHSİLİ

    Almaniyada bakalaviatura təhsili 3 ildir, bəzi fakültələrdə bu mərhələ 4 il də ola bilər. Texniki və klassik universitetlərə bölünən Almaniya universitetlərində baza təhsil (Grundstudium) və əsas təhsil (Hauptstudium) tətbiq olunur. Baza biliklərin öyrədildiyi mərhələ 2 il davam edir və onu ara imtahan – Zwischenprüfung verməklə tamamlamaq mümkündür. Bu imtahandan sonra əsas təhsil mərhələsi başlayır. İxtisaslaşma da məhz bu mərhələdə baş verir. Üç ildən sonra imtahanları uğurla vermiş tələbələr bakalavr diplomu əldə edirlər. 

    Amma hüquqşünaslıq, stomatoloq, veterinar, tibb, əczaçılıq və qida mühəndisliyi kimi bəzi ixtisaslar üçün əlavə daha bir imtahan – əyalət imtahanı da (Staatsprüfung) verilməlidir. Bəzi pedaqoji ixtisaslarda da bu imtahan tələb olunur. 

    Almaniyanın bakalavr diplomu kifayət qədər sanballı sənəddir. Bu diplom həm ölkənin özündə, həm də xaricdə iş tapmaq üçün kifayət edir. 

    Ətraflı
  • ALMANİYADA XARİCİ TƏLƏBƏLƏR ƏN ÇOX HANSI UNİVERSİTETLƏRİ SEÇİRLƏR?

    ALMANİYADA XARİCİ TƏLƏBƏLƏR ƏN ÇOX HANSI UNİVERSİTETLƏRİ SEÇİRLƏR?

    Xarici tələbə üçün ilk kriteriya böyük şəhərdə məskən salmaqdır. Çünki kiçik şəhərlərdə tələbə olmaq ona çox da cəlbedici görünmür. 

    Böyük şəhərlərin qaynar həyatı sosiallaşmağı sevən gənclər üçün münbit şərait yaradır. Sadəcə xaricilər deyil, alman vətəndaşların özləri də əsasən böyük şəhərlərdə oxumağa üstünlük verirlər.

    Şəhərin nisbətən ucuz olması da xariciləri cəlb edən məsələdir. Aylıq xərclərin müəyyən bir büdcəni keçməməsi xarici tələbə üçün çox arzulanan kriteriyadır. 

    Unuiversitetin reytinqlərdəki yeri də az əhəmiyyətli məsələ deyil. İstər Almaniyada işləmək, istərsə də başqa bir ölkədə karyera qurmaq üçün nüfuzlu bir universitetin diplomu vacib  sənəd sayılır. Seçdiyi ixtisas da tələbəyə bir yol xəritəsi cızır. Tibb fakültəsində oxumaq üçün üstünlük verilən universitetlərlə texniki universitetlərin yerləşdiyi şəhərlər fərqli ola bilər. 

    Bütün bu kriteriyaları eyni şəhərdə cəmləşdirmək asan məsələ deyil. Onda hər şey asılı olur tələbənin prioritetlərindən. İstənilən halda gələcəyi düzgün planlaşdırmaq lazımdır.  

     

    Ətraflı
  • “AUSBILDUNG” - ALMANİYADA İŞ İMKANLARI

    “AUSBILDUNG” - ALMANİYADA İŞ İMKANLARI

    “Ausbildung” Almaniyada iş imkanı deməkdir. Müraciətçi həm seçdiyi ixtisas üzrə işləyir, həm bu bu ixtisasa aid nəzəri biliklərini artırmaq üçün təhsil alır. “Ausbildung”un müddəti 2-4 il olaraq müəyyənləşdirilib. Təhsil müddətində ara və yekun imtahanlar verilir. “Ausbildung”də təqaüd imkanı da var: ixtisasdan asılı olaraq 300-1200 avro arası hesablanan təqaüd “Ausbildungsvergütung” alınır. 

    “Ausbildung”u uğurla bitirənlər ştudienkollec oxumadan universitetə müraciət edə bilərlər.  Amma “Ausbildung” diplomu da olduqca faydalı sənəd sayılır. Bu diplomla istər Almaniyada, istərsə də digər ölkələrdə iş tapmaq çətin olmur. Təki oxuyarkən düzgün ixtisas seçilmiş olsun. 

    Ətraflı
  • ALMANİYADA YATAQXANA SEÇİMİ

    ALMANİYADA YATAQXANA SEÇİMİ

    Almaniyada universitetə qəbul olunduqdan sonra yaşamaq üçün yer dərdi çəkməyə dəyməz. Siz özəl və ya dövlət yataqxanasında qala, yaxud kirayə ev tuta bilərsiniz. Təbii ki, şəhərə görə qiymətlər də fərqli olacaq.

    Dövlət yataqxanasında yer almaq üçün vahid onlayn platformada qeydiyyatdan keçmək və növbənin çatmasını gözləmək lazımdır. Qiymətlərə gəlincə. Dövlət yataqxanalarında qiymətlər aylıq 180-400 avro arasında dəyişir. Özəl yataqxanalarda isə qiymət aylıq 500 avrodan başlayır.

    Kirayə evlərin qiyməti bir az bahadır. Amma yaxşı bir yoldaşla bunun da öhdəsindən gəlmək çətin olmayacaq.  

    Ətraflı
  • ALMANİYADA OXUMAQ ÜÇÜN HANSI İMTAHANLARI VERMƏK LAZIMDIR?

    ALMANİYADA OXUMAQ ÜÇÜN HANSI İMTAHANLARI VERMƏK LAZIMDIR?

    Almaniyada ali təhsilə başlamaq üçün öncə 12 illik orta təhsili bitirmək lazımdır. Bu da o deməkdir ki, Almaniyada ştudienkollec oxumadan universitetə başlamaq mümkün deyil. Əgər xarici tələbə öz ölkəsində bir il ali təhsil almayıbsa.  

    Ştudienkollecə qəbul üçün müraciət edərkən sadəcə B1-B2 dil sertifikatı və orta məktəb attestatı kifayətdir. Əlbəttə, B2 sertifikatı müsbət cavab şansını xeyli artırmış olur.

    Universitetlərin nəzdindəki ştudienkolleclərdən müsbət cavab almaq işin yarısıdır. Həyəcan hələ davam edir. Çünki Almaniyada da imtahan vermək lazım gələcək – riyaziyyat və alman dili imtahanları!

    Bu imtahanları da uğurla verdikdən sonra seçilmiş ixtisasa uyğun olaraq bir il keçirilən dərslərin hamısından il sonunda imtahan verilir. 

    Bundan sonra bakalaviatura təhsili üçün ştudienkollecin yerləşdiyi universiteti deyil, başqa universitet də seçmək mümkündür.  

    Almaniyada magistraturaya qəbul imtahanı yoxdur.  

    Ətraflı
  • ALMANİYADA OXUMAQ ÜÇÜN NƏ ETMƏLİ?

    ALMANİYADA OXUMAQ ÜÇÜN NƏ ETMƏLİ?

    Təhsilə çox önəm verən bir ölkə olaraq Almaniya xarici tələbələrin ölkəyə gəlməsinə rahat şərait yaradır. Yəni ən azı B1 dil sertifikatı və orta məktəb attestatı xarici tələbə üçün kifayət edir.  


    Ştudienkollec oxumadan universitetə girmək istəyirsinizsə, onda Azərbaycanda heç olmasa bir il ali təhsil almış olmanız lazımdır. Müvafiq səviyyəyə uyğun alman dili sertifikatını da unutmuruq. 


    Əgər Almaniyada almanca deyil, ingiliscə oxumaq istəyirsinizsə, onda minimum 6 IELTS balı toplamalısınız. İngiliscə oxuduqda belə Almaniyada təhsiliniz pulsuz olacaq. 

    Ətraflı
  • ALMANİYADA TƏHSİL SİSTEMİ NECƏ QURULUB?

    ALMANİYADA TƏHSİL SİSTEMİ NECƏ QURULUB?

    Bir çox ölkələrdə olduğu kimi, Almaniyada da universitetə qəbul olunmaq üçün mütləq 12 illik orta təhsili başa vurmaq lazımdır. Buna görə də 11 illik təhsil verən ölkələrin vətəndaşları Almaniyada universitetə girmək üçün burada 12-ci sinfi – universitetə hazırlıq mərhələsi sayılan ştudienkolleci (Studienkolleg) bitirməlidirlər. 

    Orta məktəbdən sonra universitetdə 3 illik bakalaviatura mərhələsi başlayır. Burada limitli və limitsiz ixtisaslar təklif olunur. Təbii ki, tələbənin məktəbdə əldə etdiyi yüksək orta bal onun limitli ixtisasda özünə yer tapmasına birbaşa kömək edir. 

    Biliklərini daha da dərinləşdirmək istəyənlər təhsillərini magistraturada davam etdirə bilərlər. 

    İki il oxuduqdan və “magistr işi” adlanan araşdırmanı müdafiə etdikdən sonra onlar “magistr” adı qazanırlar. 

    Elmi araşdırma, yəni doktorantura təhsili üçün əksər ölkələrdə olduğu kimi, Almaniyada da 3 il verilir. Bu mərhələdə yaxşı bir təqaüd də almaq mümkündür. Hər şey namizədin təhsil göstəricilərindən asılıdır. 


     

    Ətraflı
  • ALMANİYADA TƏHSİL ALMAQ ÜÇÜN 5 ƏSAS SƏBƏB

    ALMANİYADA TƏHSİL ALMAQ ÜÇÜN 5 ƏSAS SƏBƏB

    Almaniyada təhsil almağın bir neçə diqqətçəkici üstünlüyü var. 
    a.    Almaniyada təhsilə başlamaqla dünyanın ən yaxşı universitetlərindən birinin tələbəsi adı qazanırsınız. Müxtəlif beynəlxalq reytinq siyahılarında ilk 100-ə daxil olan 5 universitet məhz Almaniyadadır. 
    b.    Dövlət universitetlərində təhsil təkcə Almaniya vətəndaşları üçün yox, həm də xarici tələbələr üçün pulsuzdur. Almaniyadakı təhsil xərci digər ölkələr, hətta Azərbaycandakı təhsil xərcləri ilə müqayisədə daha sərfəlidir.
    c.    Almaniya universitetlərinin diplomları Azərbaycanda tanınır. Bu diplomlarla siz, ümumiyyətlə, dünyanın istənilən ölkəsində daha rahat karyera qura bilərsiniz.
    ç)  Almaniya xarici tələbələrə part-taym işləmək icazəsi verir. Həftədə 20 saat işləməklə özünüz-özünüzə maliyyə yardımı edə bilərsiniz.  
    d) Almaniya universitetindən məzun olduqdan sonra sizə daha bir şans – 18 aylıq iş vizası! Almaniyada karyera qurmaq üçün bundan gözəl fürsət? 


     

    Ətraflı