AVSTRİYA UNİVERSİTETLƏRİ

Avstriya universitetləri xarici tələbələrə pulsuz təhsil, zəngin sosial və mədəni fəaliyyətlər təklif edir. Avstriyada tələbə olmaq bir çox Avropa ölkələri ilə müqayisədə maddi cəhətdən daha sərfəli hesab olunur. Avstriyada sizi keyfiyyətli təhsil, qədim tarix və zəngin mədəniyyətlə tanışlıq gözləyir. 

1. Avstriya universitetlərinə qəbul şərtləri

Avstriya universitetlərinə müraciət edə bilmək üçün Azərbaycanda mütləq DİM qəbul imtahanına girərək hər hansı bir fakültəyə qəbul olunmalısınız. 
Azərbaycandan lisey məzunları şərtli qəbula müraciət edə bilərlər. Ən azı A2 səviyyəsində alman dili tələbini unutmamaqla. Avstriyanın qəbul etdiyi ÖSD, TELC və Goethe kimi imtahan nəticələri olmazsa, müraciətinizə müsbət cavab verilməyəcək. 
Avstriya universitetlərinə çoxlu sayda müraciət daxil olduğu üçün ən yaxşılar seçilməkdədir. Belə ki, attestat balınız 80+ olmalıdır. 

2. Avstriyada təhsil neçə ildir?

Avstraliyada bakalaviatura təhsili 3 il, magistratura 2 il, doktorantura 3 ildir. 

3. Avstriyada təhsil dili

Avstriyada təhsil əsasən almancadır. Bəzi ixtisasları ingiliscə də oxumaq mümkündür. Müvafiq olaraq 6-6,5 IELTS balı tələb olunur. 

4. Avstriyada universitet qiymətləri

Avstriyada universitetlər ödənişsizdir. Sadəcə illik ortalama 1452 avro universitet xərclərini ödəmək lazımdır. 

5. Avstriya universitetlərinə nə vaxt müraciət etmək olar? 

Alman dilindən müvafiq sertifikata malik tələbələr üçün universitetə müraciət sentyabr ayında bitir. Almanca bilməyən tələbələrə sıfırdan A2 səviyyəsinə çatmaq üçün ən az 3 ay lazımdır. Odur ki, Avstriyaya getmək istəyən tələbələr öncədən müraciət prosesinə hazırlıqlı olmalıdırlar.  

6. Avstriyada yataqxana imkanları 

Avstriyada bir çox universitet tələbələrə yataqxana təklif edə bilir. Amma bu yataqxanalarda yer tapmaq çətindir. Ən azı bir semestr öncədən müraciət etmək lazımdır. 
Daha asan olsun deyə, tələbələr kirayə evlərə üz tuturlar. Bölgəyə, evə görə dəyişən qiymətlər 300 – 450 avro arasındadır. 

7. Avstriyada oxuya biləcəyiniz universitetlər 

•    Vyana Texniki Universitet
•    Vyana Tibb Universiteti
•    Vyana İqtisadiyyat Universiteti 
•    Salzburg Universiteti 
•    Qraz Universiteti
•    Qraz Texniki Universiteti
•    Klagenfurt Universiteti
•    Lins Universiteti 
•    Qraz Tibb Universiteti 
•    Innsbruck Tibb Universiteti