Dünyanın və Kanadanın top universitetlərindən olan Toronto Universitetinin nümayəndəsi ARI-da tələbələrimizlə görüşdü.
Universitetin qəbul şöbəsi üzrə nümayəndəsi Misha Vorotyntsev öz çıxışında Toronto Universitetinin qəbul şərtləri, təqaüd şansları haqqında ətraflı məlumat verdi.
30 noyabr tarixində mərkəzimizdə Özyeğin Universitetinin nümayəndəsinin iştirakıyla seminar keçirildi.
Seminarda universitetin qəbul şərtləri, tədris proqramı və s. mövzular müzakirə olundu.
Noyabrın 23-ü mərkəzimizdə “Amerikada Magistratura təhsili” adlı seminar keçirildi.
Seminarda John Hopkins Universitetinin tələbəsi Kürşat Gök öz təcrübələrini bölüşdü və tələbələrimizin suallarını cavabladı.
ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Elm və təhsil nazirliyinin nümayəndələri, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Açılış tədbirində çıxış edən ARI Beynəlxalq Dil və İmtahan mərkəzinin direktoru İnarə Əliyeva qonaqları salamlayaraq mərkəzin fəaliyyəti, uğurları və hədəfləri haqqında məlumat verib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədr müavini, professor cənab Musa Qasımlı, Milli Məclisin üzvü, deputat cənab Naqif Həmzəyev, Milli Məclisin üzvü, deputat cənab Ramil Həsən, Avstriya səfirliyinin konsulu cənab Gerhard Lutz, Türkiyə səfirliyinin təhsil müşaviri cənab Ali Rıza Altunel, Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Tobias Bauman, TRT Bakı təmsilçisi, dəyərli Murat Akkoç, YAP Yasamal rayon təşkilatının sədri cənab Bəxtiyar Nəbiyev elm və təhsilin inkişafı istiqamətində ARI-ya uğurlar arzulayıblar.
2010-cu ildən etibarən fəaliyyət göstərən ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin Elmlər Akademiyası yaxınlığında yerləşən yeni ofisi tələbələr üçün daha əlçatan olacaq.
Mərkəzdə alman, ingilis, fransız və digər bu kimi dillərin tədrisi ilə yanaşı ABŞ, Kanada, Almaniya, Türkiyə və müxtəlif Avropa ölkələrində təhsil almaq istəyən tələbələrə konsultasiya xidməti göstərilir, onlara individual olaraq ən uyğun və doğru istiqamətlənmiş yol xəritəsi təqdim edilir.
Tələbələr həmçinin, yüksək ixtisaslı peşəkar müəllim heyəti tərəfindən SAT, TOEFL, IELTS kimi beynəlxalq ingilis dili imtahanlarına tam məsuliyyətlə hazırlaşırlar. Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan mərkəzi alman dili üzrə beynəlxalq imtahan hesab edilən ÖSD və TELC imtahan mərkəzinin rəsmi və yeganə təmsilcisidir.
Bütün bu xidmətlərdən yararlanmaq istəyən şəxslər məkrəzin yeni ofisinə yaxınlaşa və ya sosial media hesablarından ətraflı məlumat əldə edə bilərlər.
Oktyabrın 8-də Hilton Hotelində Beynəlxalq Təhsil Sərgisi keçirildi.
4 müxtəlif ölkədə 50-dən çox sərgi təşkil etmiş Study Care şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə bir sıra xarici universitetlər, kolleclər, məktəblər, kurslar və həmçinin xaricdə təhsil şirkətləri iştirak etdi.
ARI xaricdə təhsil şirkəti olaraq, biz də həmin sərgidə iştirak etdik, xarici ölkələrdə təhsil almaq istəyən tələbələrə öz məsləhətlərimizi verdik.
Bu gün Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Tomas Şuller-Qötzburq mərkəzimizi ziyarət edib.
Cənab səfirə mərkəzimizin fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verilib.
Sonda xoş ziyarəti üçün kollektivimiz adından cənab səfirə təşəkkür edilib, fəaliyyətində uğurlar arzulanıb.
ARI da sizinlə birlikdə sərgidə olacaq. Hər birinizi şənbə günü Study Care Beynəlxalq Təhsil Sərgisində stendimizə gözləyirik. Gəlin, xaricdə təhsil planlarınızı birlikdə quraq.
Sərgi Oktyabrın 8-i, saat 12:00-17:00 arasında Hilton Hotelində keçiriləcək.
ARI ilə tanışlıq sizə xaricdə təhsil hədəflərinizə çatmaq üçün müsbət imkanlar qatacaq.
Tələbələrimiz üçün daha bir uğurlu tədbir keçirdik. “ARI” xaricdə təhsil mərkəzinin və Beynəlxalq Dil və İmtahan Mərkəzinin birgə təşkil etdiyi "Almaniya və Avstriyada təhsil" seminarı böyük maraqla qarşılandı.
Seminarın çıxışçıları “ARI” xaricdə təhsil mərkəzinin direktoru, alman dili üzrə beynəlxalq imtahangötürmə lisenziyasına sahib olan tanınmış təhsil eksperti İnarə Əliyeva, Avstriya Mübadilə Xidməti (OeAD) Bakı ofisinin rəhbəri Noemi Tankzos və DAAD lektoru Ludmilla Klotz idi.
Öncə İnarə Əliyeva Almaniyada təhsil barədə geniş məlumat verdi. Noemi Tanczos Avstriyadakı təhsil və ÖSD imtahanı haqda danışdı. Ludmilla Klotz isə DAAD proqramlarını tanıtdı. Sonra iştirakçıların çoxsaylı suallarına cavab verildi.
“ARI”nın seminarları davam edəcək. Növbəti seminarın hansı ölkələri əhatə etməsini istərdiniz? Lütfən, şərh bölməsinə maraqlandığınız ölkəni qeyd edin.