Almaniyada Ştudienkollecdə oxumaq üçün alman dilini BDM-də öyrəndim. Məni Almaniyadakı təhsilə hazırlayan və sənədləşmə işlərində kömək edən BDM-in peşəkarlığı sayəsində mən arzuladığım şəhərdə və ixtisasda oxuyuram.
Təhsil üçün xaricdə universitet axtararkən “ARI” xaricdə təhsil mərkəzi ilə məsləhətləşdim. Mərkəzin mütəxəssisləri Türkiyənin nüfuzlu Koç Universitetini tövsiyə etdilər. Hazırda kompüter texnologiyaları sahəsində aldığım təhsildən çox razıyam.
Mən Azərbaycan Tibb Universitetində təhsil alırdım. Almaniyada tibb təhsilimi davam etdirmək üçün BDM-ə müraciət etdim. Burada həm almanca öyrəndim, həm də sənədləşmə işlərimi tamamladım. Nəticə - mən Berlində oxuyuram.
Mən alman dilini Beynəlxalq Dil və İmtahan Mərkəzində öyrənmişəm. ÖSD imtahanından əldə etdiyim B2 sertifikatı ilə Almaniyada təhsil almaq imkanı qazanmışam. “Studienkolleg”də uğurla oxumağımın əsas səbəblərindən biri də almanca dil biliyimin yaxşı səviyyədə olmasıdır.
Beynəlxalq Dil və İmtahan Mərkəzi ilə buradakı alman dili kursları arasında ciddi fərq yoxdur. Hətta Bakıda bəzi məsələlərdə üstünlüyümüz vardı. Məsələn, azərbaycanlı müəllimlərlə qrammatikanı daha yaxşı öyrənə bilirdik.
“ARI” xaricdə təhsil mərkəzi partnyorluq şəbəkəsini genişləndirməyə davam edir.
Mərkəzin direktoru İnarə Əliyeva qış sessiyasından öncə Türkiyənin bir neçə universitetində görüşlər keçirib. Koç Universiteti, Üsküdar Universiteti, Başkent Universiteti, Sabancı Universiteti, Acıbadem Universiteti və Bahçeşehir Universitetində baş tutan görüşlərdən sonra sözügedən təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanıb.
“ARI” xaricdə təhsil almaq istəyən tələbələrə ən yaxşı variantlar təklif edə bilmək üçün araşdırmalarını davam etdirməkdə və müxtəlif ölkələrin nüfuzlu universitetləri ilə danışıqlar aparmaqdadır.
ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi. 🗓️
🤝 Keçirilən görüşdə universitet tələbələrinə xaricdə magistratura təhsili və təqaüd proqramları haqqında ətraflı məlumat verildi.
Görüşdə Mərkəzimizin Direktoru İnarə Əliyeva xaricdə təhsilin önəmi, ixtisaslara uyğun olaraq xaricdə təhsilin planlaşdırılması, tələb olunan beynəlxalq imtahanlar, sertifikatlar və s. mövzular haqqında dolğun məlumatlar verdi. 🙌
Tədbirin ikinci hissəsində isə tələbələrin sualları cavablandırıldı. Böyük maraqla qarşılanan tədbirdə aktiv iştirak edən 3 tələbəyə ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi tərəfindən hədiyyələr təqdim olundu. 🎁
Daha bir tələbəmizi Almaniyaya yola saldıq!
Adəm Ağayev nüfuzlu Rheinische Friedrich-Wilhelms-Universität Bonn Universitetində tibb təhsili alacaq.
🔰 “ARI”nın növbəti seminarı “Türkiye Bursları” təqaüd proqramına həsr olunmuşdu.
Bu dəfə sözügedən təqaüd proqramı ilə 🇹🇷 Koç Universitetinin 1-ci kursunda təhsil alan Azad Aslanlı həm təqaüdü necə qazanmasından danışdı, həm də oxuduğu universitetdəki təhsil mühiti haqqında suallara cavab verdi. 🧑🏻💼
🔺 Seminarlarımız davam edəcək. Öncəki seminarlarımız və xaricdə təhsil tövsiyələrimiz üçün Youtube kanalımızı izləməyi unutmayın. ▶️
ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Azərbaycan Texniki Universitetinin tələbələri üçün infosessiya təşkil edib. 🙌
18 oktyabr 2023-cü il tarixində ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi (ARI və BDM) tərəfindən Azərbaycan Texniki Universitetinin tələbələri üçün “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində infosessiya təşkil olunub.
🌏 Tədbirdə çıxış edən ARI və BDM-in direktoru İnarə Əliyeva tələbələrə xaricdə təhsilin onlara xüsusi faydası, xaricdə təhsil üçün ilk olaraq nələri etməli olduqları, hansı ölkə və şəhəri seçmək üçün necə qərar verməli olduqları, doğru ixtisas seçimi, xaricdə ictimai və mədəni tədbirlərdə necə iştirak etməli olduqları barədə ətraflı məlumat verib. Bunlardan əlavə, qəbul aldıqdan sonrakı proses və məzun olduqdan sonrakı iş imkanları barəsində danışıb.
İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların mövzu haqqında fikirləri öyrənilib və bütün sualları cavablandırılıb. ✅
Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində ölkəmizdəki ali təhsil müəssisələrində silsilə infosessiyalar və təlimlər təşkil edir.
📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35
📞 +994 55 224 00 54
“ARI” xaricdə təhsil mərkəzi xaricdə təhsil almaq istəyən tələbələrə təhsil və karyera hədəflərinə uyğun etibarlı və peşəkar xidmət göstərən bir mərkəzdir. Başda Almaniya, Türkiyə, ABŞ, İngiltərə olmaqla dünyanın bir çox prestijli ali təhsil müəssisələrinə bütün təhsil mərhələləri üzrə qəbul prosesini həyata keçirir, dil kursları, orta məktəb təhsili, sertifikat proqramları, yay məktəbləri üzrə konsultasiya xidməti göstərir. Lətif İmanov küçəsi, 35, AZ1141, Bakı, Azərbaycan