Xaricdə orta təhsil

 

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

ARI Təhsil Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi. 🗓️

🤝 Keçirilən görüşdə universitet tələbələrinə xaricdə magistratura təhsili və təqaüd proqramları haqqında ətraflı məlumat verildi.

Görüşdə Mərkəzimizin Direktoru İnarə Əliyeva xaricdə təhsilin önəmi, ixtisaslara uyğun olaraq xaricdə təhsilin planlaşdırılması, tələb olunan beynəlxalq imtahanlar, sertifikatlar və s. mövzular haqqında dolğun məlumatlar verdi. 🙌

Tədbirin ikinci hissəsində isə tələbələrin sualları cavablandırıldı. Böyük maraqla qarşılanan tədbirdə aktiv iştirak edən 3 tələbəyə ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi tərəfindən hədiyyələr təqdim olundu. 🎁

Bonn Universiteti - Adəm Ağayev

Daha bir tələbəmizi Almaniyaya yola saldıq! 
Adəm Ağayev nüfuzlu Rheinische Friedrich-Wilhelms-Universität Bonn Universitetində tibb təhsili alacaq.

Belçikada təhsil seminarı

Belçikanın Löven Katolik Universitetində təhsil alan Atabəy Cəmili “ARI”da keçirilən seminarda Belçikadakı tələbə həyatı, təhsil sistemi, imtahanlar haqda ətraflı məlumat verdi.

Belçikada xarici tələbə olmaq çətindirmi? Belçikanın təhsil sistemi nə ilə fərqlənir? Birinci kurs tələbəsi Atabəy Cəmili Belçikadakı tələbə həyatından danışır.

“ARI” və OEAD-ın birgə seminarı

“ARI” xaricdə təhsil mərkəzinin direktoru İnarə Əliyeva və OEAD-nin Azərbaycandakı rəhbəri Noemi Tanços UNEC TUDİFAK tələbələrinə Avstriya və Almaniyada təhsil mövzusunda seminar veriblər. Bir neçə saat çəkən tədbirdə məruzəçilər tələbələri bu iki ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlandırıblar və tələbələri maraqlandıran sualları cavablandırıblar.

ARI və BDM Azərbaycan Dillər Universitetində

Mərkəzimiz Bakı Amerika Mərkəzi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən həyata keçirilən Karyera Günü və İş Yarmarkası tədbirində iştirak etdi.

Sərgi müddətində stendimizə yaxınlaşan tələbələrə xaricdə təhsil, yay məktəbləri və dil kursları haqqında məlumatlar verildi, tələbələr mərkəzimizlə yaxından tanış oldu.

Sərginin sonunda isə mərkəzimiz təşəkkürnamə ilə təltif edildi.