İSVEÇRƏ UNİVERSİTETLƏRİ

İsveçrə universitetləri böyük hədəfləri olan gənclərin seçimidir. Yüksək səviyyədə təşkil olunmuş təhsil sistemi ilə İsveçrə həmişə xarici tələbələrin diqqət mərkəzindədir. İsveçrə universitetləri hər il təxminən 64 000 xarici tələbə qəbul edir. Bu da ümumi tələbə sayının 25%-i deməkdir. Həyat standartları yüksək olan, həmçinin, əsrarəngiz təbiətə malik İsveçrədə oxumaq həm qaynar tələbəlik illəri keçirməyə, həm də gələcək karyera üçün əvəzolunmaq təcrübə əldə etməyə yardımçı olur.

İsveçrənin təhsil sistemi 

İsveçrə təhsil standartları və elmin müxtəlif sahələrində davamlı kəşflər etməsi ilə məşhurdur. 
İsveçrə universitetləri bakalaviatura, magistratura, doktorantura ilə yanaşı, keyfiyyətli MBA proqramları ilə də dünyada tanınmaqdadır. 

İsveçrədə bakalaviatura 3 ildir. Bu müddətdə dərslər, seminarlar və təcrübə saatları paralel getməkdədir. Magistraturada ciddi bir proqramla tam ixtisaslaşma həyata keçirilir. 
Doktorantura təhsili 3-5 il çəkə bilər. Seçdikləri araşdırma mövzusu doktorantın bu pillədə nə qədər oxuyacağını müəyyənləşdirir.  

İsveçrədə təhsil dili 

İsveçrədə dört dövlət dili vardır – alman, fransız, italyan və romanş. Seçilən universitet və ixtisasa görə təhsil dili də dəyişir. Xarici tələbələr əsasən ingiliscə, fransızca və almanca olan proqramlara müraciət edirlər. Təbii ki, hər bir dil üzrə beynəlxalq sertifikatlar tələb olunmaqdadır. 

İsveçrədə universitet qiymətləri 

İsveçrədə təhsil haqqı universitetə və ixtisasa görə dəyişir. Dövlət universitetlərində ortalama qiymət illik 1 600 avrodur. Tibb ixtisaslarında bu məbləğ 16 000 avroya qədər artır. 
Özəl universitetlərdə isə qiymətlər illik 1500-16000 avro arasında dəyişir. 

İsveçrədə tələbə ikən işləmək 

İsveçrədə tələbələrə həftədə sadəcə 15 saat işləmək icazəsi verilir. Tətil müddətində tam gün işləyə bilərsiniz. Amma iş icazəsi dərhal verilmir. Altı ay ölkədə yaşadıqdan sonra bu icazəni almaq mümkündür.

Əgər xarici bir universitetdən magistr dərəcəniz varsa və İsveçrədəki hər hansı bir institut üçün işləyirsinizsə, altı ay gözləməyə məcbur deyilsiniz.  

İsveçrədəki işverən sizin üçün iş icazəsi almalıdır. İşləyərkən də tələbə kimi uğurlu olduğunuzu həmişə sübut etməli olacaqsınız. 

İsveçrədə yataqxana imkanları 

İsveçrədə oxuyan xarici tələbələrin 8%-i tələbə yataqxanalarında yaşayırlar. Bundan başqa İsveçrə ailəsində qalmaq və ya ayrıca ev kirayələmək imkanları da vardır. Xarici tələbələrin 68%-i qaldıqları yerdən məmnundurlar. Avropada bu rəqəm 60% olduğu üçün İsveçrənin daha yaxşı olduğunu söyləmək mümkündür. 

Tələbə yataqxanalarında qiymətlər aylıq 450-800 avro arasında dəyişir.

Bir mənzil kirayə tutmaq və ya bir yoldaşla ev tutmaq 700-1000 avro arasında dəyişən məbləğə başa gəlir. 

İsveçrədə oxumaq üçün ən çox seçilən ixtisaslar:

•    Biznesin idarə edilməsi
•    Turizm və hotelçilik
•    Kulinariya
•    İnformasiya texnologiyaları 
•    Mühəndislik
•    Kimya