KANADA UNİVERSİTETLƏRİ

Kanadada təhsil almaq hər gün daha da populyarlaşır. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Həm keyfiyyətli təhsil verən məşhur universitetlər, həm də nisbətən uyğun qiymətlər xarici tələbələri bu ölkəyə çəkir. Kanada universitetlərinin ən yaxşıları sırasında daha çox Ontario (Toronto, Ottava, Hamilton və s.) və Britaniya Kolumbiyası (Vankuver, Lanqli, Riçmond) bölgələrindəki universitetlərin adını qeyd etmək olar.   


1.    Kanadada attestatla universitetə qəbul olunmaq mümkündürmü? 

Kanada universitetləri namizəddən orta məktəb transkripti istəməsə də, o, 70-dən çox bal toplamış olmalıdır. 

2.    Orta məktəb balı yetərli olmadıqda universitetə müraciət etmək mümkündürmü? 
Əgər transkript balınız 70-dən azdırsa, sizin universitetdə hazırlıq proqramına (Foundation) başlamaq imkanınız var. Bu yolla balınızı yüksəldib bakalaviaturaya başlaya bilərsiniz. 
3.    Kanadada oxumaq üçün DİM nəticəsinə ehtiyac varmı? 
Kanada universitetləri DİM nəticələrini tələb etməməkdədir.

4.    Kanadada universitetə başlamaq üçün ingilis dili balı nə qədər olmalıdır? 
Kanadada universitetə başlamaq üçün 6,5 IELTS balı və ya oxşar imtahan nəticəsi tələb olunur. Əgər 5,5 – 6 bal arasında qalmısınızsa, universitetin “Pathway” proqramına qoşularaq bakalaviatura dərsləri almaqla yanaşı, dil dərslərinə də girə bilərsiniz. Bununla da bir ilə yaxın vaxt itirməmiş olarsınız. Əgər balınız 5,5-dən aşağıdırsa, universitetə gəlmədən öncə ingilis dili səviyyənizi yüksəltməyiniz lazımdır.  
5.    Kanada universitetlərində təhsil haqqı nə qədərdir? 
Kanadada universitetə ödəniləcək məbləğ illik 25 – 35 min CAD (Kanada dolları) arasında dəyişir. Hər semestrin əvvəlində təhsil haqqını ödəmək lazımdır. Maddi vəziyyəti yaxşı olmayan tələbələrə unuiversitetlər 25%, 50%, hətta 100% təqaüd də verə bilir. 
6.    Kanadada kollec qiymətləri 
Kanadada kolleclərin qiyməti illik 12 - 20 min CAD arasında dəyişir. Kolleclərdə təhsilin müddəti 2 ildir. Kollec məzunu diplom aldıqdan sonra 3 il Kanadada qalıb işləyə və ya universitetdə təhsilini davam etdirə bilər. 
7.    Kanadada hansı ixtisasları oxumaq perspektivlidir? 
Kanadada, demək olar ki, bütün ixtisaslar üzrə universitetlərə müraciət etmək mümkündür. Mühəndislik, xüsusən də, texnologiya və enerji sahələri gələcəyin ixtisası hesab oluna bilər. Bu ixtisaslar üzrə yüksək göstəriciləri olan universitetlər daha çoxdur və onlar xarici tələbələri daha rahat qəbul edirlər. Təhsil müddəti 4 ildir. 
Əlbəttə ki, tibb, stomatologiya, əczaçılıq və hüquq kimi ixtisasları da seçmək olar. Amma nəzərə almaq lazımdır ki, xarici vətəndaş olaraq müvafiq fakültələrə qəbul almaq olduqca çətindir. 
8.    Kanada universitetlərinə nə vaxt müraciət edilməlidir? 
Kanadada universitetə müraciət tarixləri fərqli olsa da, orta müddət çıxarmaq mümkündür. Əsas müraciət vaxtı: oktyabr-yanvar; paralel müraciət müddəti: fevral-aprel.
9.    Kanadada bakalaviatura təhsili  
Kanada universitetləri 4 illik bakalaviatura təhsili verir. Hüquq və tibb ixtisaslarında bəzən daha çox oxumaq lazım gəlir. Bəzi universitetlər bir il içində 2-dən çox semestr tətbiq etməkdədir. Bu səbəbdən də tələbələr 4 ildən daha tez müddətdə universiteti bitirmək şansı əldə edirlər. 
Kanadada iki cür tibb təhsili mövcuddur. 2 illik kollec təhsilinin ardınca 4 il bakalaviatura təhsili gəlir. Hər iki proqrama müraciət etmək mümkündür. 
10.    Kanadada oxuyarkən işləmək mümkündürmü? 
Kanadada oxuyan xarici tələbələrin həftəlik 20 saat işləmək icazəsi var. Tətil müddətində isə istədikləri qədər işləyə bilərlər. Kanadada istənilən universitetdən məzun olan şəxs bu ölkədə 3 il müddətində qalıb işləyə bilər. 
11.    Kanadaya tələbə vizası necə alınır? 
Kanadada universitetə başlayan tələbə uzunmüddətli tələbə vizasına müraciət etməlidir. 6 aydan çox müddət üçün verilən bu viza üçün tələbə universitetdən qəbul məktubu təqdim etməlidir. Müraciət edilən uzunmüddətli tələbə vizası ilə yanaşı, “Study Permit” sənədini də əldə etmək vacibdir. Kvebekdə oxumaq istəyən tələbələr Kanada vizası ilə bərabər Kvebek vizası da almalıdırlar. Yeni qaydaya əsasən, təqdim edilən sənədlərdən başqa “VFS Global” şirkətində barmaq izi də götürüləcək. 
12.    Kanadada yataqxana imkanları 
Kanadada yaşayış yeri üçün qiymətlər 500 – 1400 CAD arasında dəyişir. Əyalətlərə və şəhərlərə görə dəyişən qiymətlərə uyğun da yer imkanları vardır. 
Yataqxana: Universitet və özəl yataqxanalar yeməkli/yeməksiz olmaqla tək/ikinəfərlik/üçnəfərlik otaqlar təklif edir. 
Ailə ilə yaşamaq: Ailələri universitetlər təklif edir. Onlar adətən illərdir universitetlərlə əməkdaşlıq etmiş, qonaqla qalmaqda peşəkarlaşmış ailələrdir. Yeməkli/yeməksiz variantlardan birini seçib Kanadada ailə strukturu ilə yaxından tanış ola bilərsiniz. 
Ev kirayələmək: Maddi vəziyyətə görə seçilən kirayə mənzilin xərclərini azaltmaq üçün siz bir və ya bir neçə tələbə ilə eyni evdə qala bilərsiniz. 
13.    Kanada ən yaxşı universitetlərin reytinq cədvəli 
1.    University of Toronto – Toronto
2.    The University of British Columbia – Vancouver
3.    University of Waterloo – Waterloo
4.    McGill University – Montréal
5.    Simon Fraser University – Burnaby
6.    University of Alberta – Edmonton
7.    University of Calgary – Calgary
8.    York University – Toronto
9.    Queen's University – Kingston
10.    McMaster University – Hamilton
11.    Western University – London
12.    University of Victoria – Victoria
13.    Université de Montréal – Montréal
14.    Université Laval – Quebec City
15.    Ryerson University – Toronto
16.    University of Ottawa – Ottawa
17.    Carleton University – Ottawa
18.    Concordia University – Montréal
19.    University of Guelph – Guelph
20.    University of Saskatchewan – Saskatoon
21.    Dalhousie University – Halifax
22.    University of Manitoba – Winnipeg
23.    Université du Québec à Montréal – Montréal
24.    Memorial University of Newfoundland – St John’s
25.    University of Regina – Regina
26.    University of Windsor – Windsor
27.    University of New Brunswick – Fredericton
28.    Université de Sherbrooke – Sherbrooke
29.    Brock University – St. Catharines
30.    Wilfrid Laurier University – Waterloo
31.    British Columbia Institute of Technology – Burnaby
32.    École Polytechnique de Montréal – Montréal
33.    The University of Winnipeg – Winnipeg
34.    HEC Montréal – Montréal
35.    Trent University – Peterborough
36.    Université du Québec à Chicoutimi – Chicoutimi
37.    University of Lethbridge – Lethbridge
38.    Lakehead University – Thunder Bay
39.    Université du Québec – Quebec City
40.    Vancouver Island University – Nanaimo
41.    École de Technologie Supérieure – Montréal
42.    Thompson Rivers University – Kamloops
43.    University of Prince Edward Island – Charlottetown
44.    University of the Fraser Valley – Abbotsford
45.    Acadia University – Wolfville
46.    MacEwan University – Edmonton
47.    Kwantlen Polytechnic University – Surrey
48.    University of Northern British Columbia – Prince George
49.    St. Francis Xavier University – Antigonish
50.    Saint Mary's University – Halifax
51.    Université de Moncton – Moncton
52.    Mount Allison University – Sackville
53.    SAIT Polytechnic – Calgary
54.    Laurentian University – Sudbury
55.    Mount Royal University – Calgary
56.    Northern Alberta Institute of Technology – Edmonton
57.    Université du Québec à Trois-Rivières – Trois-Rivières
58.    OCAD University – Toronto
59.    Trinity Western University – Langley
60.    Bishop's University – Sherbrooke
61.    Capilano University – North Vancouver
62.    Brandon University – Brandon
63.    Mount Saint Vincent University – Halifax
64.    Ontario Tech University – Oshawa
65.    Nipissing University – North Bay
66.    Université du Québec à Rimouski – Rimouski
67.    Cape Breton University – Sydney
68.    Royal Military College of Canada – Kingston
69.    Université du Québec en Outaouais – Gatineau
70.    Royal Roads University – Victoria
71.    Algoma University – Sault Ste. Marie
72.    Université de Saint-Boniface – Winnipeg
73.    Canadian Mennonite University – Winnipeg
74.    University Canada West – Vancouver
75.    Yorkville University – Fredericton
76.    École Nationale d'Administration Publique – Quebec City
77.    Université du Québec en Abitibi-Témiscamingue – Rouyn-Noranda
78.    NSCAD University – Halifax
79.    Concordia University of Edmonton – Edmonton
80.    St. Thomas University – Fredericton
81.    Quest University Canada – Squamish
82.    The King’s University – Edmonton
83.    University of King's College – Halifax
84.    Redeemer University College – Ancaster
85.    Ambrose University – Calgary
86.    College of the North Atlantic – Stephenville
87.    Burman University – Lacombe
88.    Université Sainte-Anne – Pointe de l'Église
89.    Luther College at the University of Regina – Regina
90.    Crandall University – Moncton
91.    Université de Hearst – Hearst
92.    Kingswood University – Sussex
93.    First Nations University of Canada – Regina
94.    Emily Carr University of Art and Design – Vancouver
95.    St Mary's University – Calgary
96.    Collège Universitaire Dominicain – Ottawa
97.    St. Thomas More College – Saskatoon
98.    Nicola Valley Institute of Technology – Merritt
99.    Aurora College – Forth Smith
100.    Campion College at the University of Regina – Regina
101.    St. Stephen's University – St. Stephen

14.    Kanadada universitet qiymətləri
Universitetlərdə təqaüd və endirim imkanları mövcuddur. Qiymətlər ixtisaslara görə hər il dəyişə bilər. Buna görə də getmədən öncə dəqiqləşdirmək lazımdır. 
•    University of Manitoba: 15.800 - 23.500 CAD

•    University Canada West: 18.240 CAD

•    Acsenda School of Management: 15.900 - 16.300 CAD

•    Brock University: 27.900 - 30.700 CAD

•    Cape Breton University: 16.100 - 17.100 CAD

•    Fairleigh Dickinson University: 26.070 CAD

•    Lakehead University: 25.000 - 34.000 CAD

•    Mount Saint Vincent University: 15.900 - 20.500 CAD

•    Royal Roads University: 20.800 - 41.600 CAD

•    Thompson Rivers University: 18.400 - 25.100 CAD

•    University of Guelph: 28.400 - 40.300 CAD

•    University of Regina: 20.400 - 24.800 CAD

•    Wilfrid Laurier University: 27.900 - 32.000 CAD

•    University of Northern British Columbia: 22.021 CAD

•    University of Ottawa: 35.500 - 52.800 CAD

•    University of Waterloo: 35.300 - 60.400 CAD

•    University of Saskatchewan: 20.200 - 27.400 CAD

•    Ryerson University: 28.700 - 38.500 CAD

•    Carleton University: 28.200 - 39.800 CAD

•    University of Windsor: 29.400 - 36.800 CAD

•    OCAD University: 24.630 CAD

•    Algoma University: 18.928 CAD

•    Capilano University: 18.300 - 29.500 CAD