ALMANİYADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

Almaniyada magistratura təhsili almaq karyera quruculuğunda olduqca önəmli addımdır. Almaniya universitetləri perspektivli ixtisaslar üzrə magistratura proqramları təklif etməkdədirlər. Almaniyanın inkişaf etmiş iqtisadiyyatı, çoxmillətli mühiti də öz sahəsində təkmilləşmək istəyən xarici vətəndaşları özünə cəlb edir. Beləliklə, düzgün tələb-təklif nəticəsində yüksək keyfiyyətli təhsil almış gənclər dünyanın istənilən ölkəsində arzulanan mütəxəssisə çevrilirlər.

Almaniyada magistratura proqramları

Almaniyada magistraturada oxumaq istəyən bakalavrlar MBA və ya LLM kimi magistratura proqramlarına müraciət edə bilərlər.

Almaniyada magistratura proqramı 1-2 il ərzində yerinə yetirilir. İki il oxuyan magistrant özünə elmi rəhbər seçməli və ixtisasına uyğun bir mövzuda dissertasiya yazmalıdır.

Magistraturadan sonra doktoranturaya davam etmək istəsəniz, başqa bir universitet də seçə bilərsiniz.

 

Almaniyada magistratura təhsilinin dili

Almaniyada 2 dildə magistratura oxumaq mümkündür.

Almanca oxumaq istəyənlər ən azı C1 səviyyədə TestDAF, Goethe, ÖSD, TELC kimi imtahan sertifikatları təqdim etməlidirlər.

İngiliscə oxumaq istəyənlər isə IELTS imtahanından minimum 6,5, TOEFL imtahanından minimum 79 bal toplamalıdırlar. Əgər namizəd bakalaviaturada 100% ingiliscə təhsil alıbsa, dil sertifikatı olmadan da magistratutraya müraciət edə bilir.

Almaniyada magistratura üçün şərti qəbul

Almaniyada magistratura təhsili üçün yüksək səviyyədə almanca bilməyiniz lazımdır. Alman dili səviyyəniz yetərli olmazsa, universitetlərə şərti qəbul üçün müraciət edə bilərsiniz. Universitet müraciətinizə müsbət cavab verdikdə Almaniyada almanca hazırlıq kursuna başlayırsınız. Bir ildən sonra universitetlərin nəzdində TestDaF və ya DSH imtahanına girirsiniz. İmtahandan uğurla keçdikdə magistraturaya başlaya bilərsiniz. 

Almaniyada magistraturanı ingiliscə oxumaq istəyənlərə şərti qəbul tətbiq olunmur.

Almaniyada magistratura təhsili üçün təqaüd imkanları

Təqaüd almaq imkanı tələbənin akademik uğurları, qiymət ortalaması və maddi durumundan asılıdır. Sosial fəaliyyətlərdəki aktivlik də tələbəyə təqaüd verilməsində müsbət rol oynaya bilər.

Dövlət universitetləri ödənişsiz olduğu üçün burada təqaüd almaq asan deyil. Əgər maddi vəziyyətiniz qənaətbəxş deyilsə və bunu sübut edə bilirsinizsə, müraciət etmək mümkündür.

Almaniyada magistratura qiymətləri

Almaniyanın dövlət universitetlərində magistratura ödənişsizdir. Sadəcə kitabxanadan istifadə və dəftərxana işləri üçün bir semestrdə 200-600 avro pul ödəmək lazımdır. Özəl universitetlərdə isə magistratura proqramları ödənişlidir. İxtisasdan asılı olaraq bu rəqəm illik 6-18 min avro arasında dəyişir.  

Almaniyada magistraturaya müraciət tarixləri

Avropa Birliyinə daxil olmayan ölkələr üçün Almaniyada magistraturaya müraciət tarixləri fərqlidir. Bu tarixlər universitet, ixtisas və proqrama görə dəyişə bilir. Ona görə də magistraturada oxumaq qərarı verildikdən dərhal sonra universitetin müraciət tarixlərini yaxından izləmək lazımdır.

Almaniyada magistraturada oxuyarkən iş imkanı

Almaniyada magistrantlar həftədə 20 saat işləmək hüququna malikdirlər. Oxuduqları universitetlə böyük şirkətlərin əməkdaşlığı sayəsində bu şirkətlərdə təcrübə keçən magistrantlar yüksək performans göstərdikdə həmin şirkətdə iş tapa bilirlər.

Almaniyada magistraturanı bitirən məzunlara 1 il yaşamaq icazəsi verilir. Əgər bu müddətdə iş tapsalar, yaşamaq icazəsi iş icazəsinə çevrilir.

Almaniyada magistratura üçün ən çox seçilən ixtisaslar

Kompüter mühəndisliyi
Avtomatlaşdırma
Elektrik mühəndisliyi
İnşaat mühəndisliyi
Enerji mühəndisliyi
Ekologiya mühəndisliyi
Fizika
Riyaziyyat
İqtisadiyyat
Media
Biznesin idarə edilməsi
Ədəbiyyat
Psixologiya
Fəlsəfə
Tarix
Siyasi elmlər
Mühasibat və maliyyə