ARI Təhsil Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi
  • ARI Təhsil Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi

  • Baxış: 655
  • Əlavə Edilib: 10-06-2023

ARI Təhsil Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin əməkdaşlarının Xəzər Universitetinin tələbələri ilə görüşü keçirildi. 🗓️

🤝 Keçirilən görüşdə universitet tələbələrinə xaricdə magistratura təhsili və təqaüd proqramları haqqında ətraflı məlumat verildi.

Görüşdə Mərkəzimizin Direktoru İnarə Əliyeva xaricdə təhsilin önəmi, ixtisaslara uyğun olaraq xaricdə təhsilin planlaşdırılması, tələb olunan beynəlxalq imtahanlar, sertifikatlar və s. mövzular haqqında dolğun məlumatlar verdi. 🙌

Tədbirin ikinci hissəsində isə tələbələrin sualları cavablandırıldı. Böyük maraqla qarşılanan tədbirdə aktiv iştirak edən 3 tələbəyə ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi tərəfindən hədiyyələr təqdim olundu. 🎁