Ümumiyyətlə Amerikada oxumaq, yaşamaq hər zaman arzum olub, ancaq bunun nə vaxtsa gərçəkləşəcəyini düşünmürdüm. Səbəbi isə təbii ki, Amerikada yaşayışın və təhsil haqqının yüksək olması idi. Lakin ARI xaricdə təhsil şirkəti ilə tanış olduqdan sonra arzularımın əslində reallaşa biləcəyini gördüm.
Təhsil üçün xaricdə universitet axtararkən “ARI” xaricdə təhsil mərkəzi ilə məsləhətləşdim. Mərkəzin mütəxəssisləri Türkiyənin nüfuzlu Koç Universitetini tövsiyə etdilər. Hazırda kompüter texnologiyaları sahəsində aldığım təhsildən çox razıyam.
Mən alman dilini Beynəlxalq Dil və İmtahan Mərkəzində öyrənmişəm. ÖSD imtahanından əldə etdiyim B2 sertifikatı ilə Almaniyada təhsil almaq imkanı qazanmışam. “Studienkolleg”də uğurla oxumağımın əsas səbəblərindən biri də almanca dil biliyimin yaxşı səviyyədə olmasıdır.
Mən Azərbaycan Tibb Universitetində təhsil alırdım. Almaniyada tibb təhsilimi davam etdirmək üçün BDM-ə müraciət etdim. Burada həm almanca öyrəndim, həm də sənədləşmə işlərimi tamamladım. Nəticə - mən Berlində oxuyuram.
Almaniyada Ştudienkollecdə oxumaq üçün alman dilini BDM-də öyrəndim. Məni Almaniyadakı təhsilə hazırlayan və sənədləşmə işlərində kömək edən BDM-in peşəkarlığı sayəsində mən arzuladığım şəhərdə və ixtisasda oxuyuram.
Beynəlxalq Dil və İmtahan Mərkəzi ilə buradakı alman dili kursları arasında ciddi fərq yoxdur. Hətta Bakıda bəzi məsələlərdə üstünlüyümüz vardı. Məsələn, azərbaycanlı müəllimlərlə qrammatikanı daha yaxşı öyrənə bilirdik.