Tələbələrimiz üçün daha bir uğurlu tədbir keçirdik. “ARI” xaricdə təhsil mərkəzinin və Beynəlxalq Dil və İmtahan Mərkəzinin birgə təşkil etdiyi "Almaniya və Avstriyada təhsil" seminarı böyük maraqla qarşılandı.
Seminarın çıxışçıları “ARI” xaricdə təhsil mərkəzinin direktoru, alman dili üzrə beynəlxalq imtahangötürmə lisenziyasına sahib olan tanınmış təhsil eksperti İnarə Əliyeva, Avstriya Mübadilə Xidməti (OeAD) Bakı ofisinin rəhbəri Noemi Tankzos və DAAD lektoru Ludmilla Klotz idi.
Öncə İnarə Əliyeva Almaniyada təhsil barədə geniş məlumat verdi. Noemi Tanczos Avstriyadakı təhsil və ÖSD imtahanı haqda danışdı. Ludmilla Klotz isə DAAD proqramlarını tanıtdı. Sonra iştirakçıların çoxsaylı suallarına cavab verildi.
“ARI”nın seminarları davam edəcək. Növbəti seminarın hansı ölkələri əhatə etməsini istərdiniz? Lütfən, şərh bölməsinə maraqlandığınız ölkəni qeyd edin.