Almaniyanın Friedrich-Alexandr Erlangen-Nürnberg Universiteti ARI-da !
  • Almaniyanın Friedrich-Alexandr Erlangen-Nürnberg Universiteti ARI-da !

  • Baxış: 908
  • Əlavə Edilib: 10-06-2023

Almaniyanın Friedrich-Alexandr Erlangen-Nürnberg Universiteti ARI-da !

6 iyun tarixində 🇩🇪Almaniyanın Friedrich-Alexandr Erlangen-Nürnberg Universiteti (FAU), 🇦🇿Azərbaycan Dövlət Pedaqoji Universiteti(ADPU) və 🇰🇿Qazaxstanın Qazax Milli Pedaqoji Universitetinin (KazNPU) nümayəndələri mərkəzimizi ziyarət etdilər.

🌐Mərkəzin direktoru İnarə Əliyeva qonaqları qarşılamış, qonaqlara mərkəzin fəaliyyəti, nəticələri, təhsil alan tələbələr, çalışan mütəxəssislər və gələcək planlardan danışmış, qonaqlarla maraqlı fikir mübadiləsi aparılmışdır. Görüşdə gələcəkdə daha güclü əməkdaşlıqlar yaratmaq üzrə məsələlər müzakirə olundu.

🏆Friedrich-Alexandr Erlangen-Nürnberg Universitetinin (FAU)
professoru Anatoli Rakoşkin, ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, fəlsəfə elmləri üzrə doktor Mirvari Qasımova və KazNPU nümayəndəsi tərəfdən İnarə xanıma sertifikat və hədiyyələr təqdim edilmişdir. İnarə xanım da qonaqlara mərkəzimizin adından hədiyyələr təqdim etmişdir.