"ARI" xaricdə təhsil alan qızların yanındadır - Afərin, qızlar!
  • "ARI" xaricdə təhsil alan qızların yanındadır - Afərin, qızlar!

  • Baxış: 339
  • Əlavə Edilib: 11-03-2022

"ARI" xaricdə təhsil alan qızların yanındadır - Afərin, qızlar!

“ARI” xaricdə təhsil mərkəzi qızların xaricdə təhsil almasını həmişə dəstəkləyir. Odur ki, bu il də 8 Mart bayramını dövlət sərhədlərindən öncə düşüncələrdəki sədləri aşa bilən qızlarımızla birlikdə qeyd etmək qərarına gəldik. Xaricdə oxuyan qızların iştirakı ilə bir videoçarx hazırladıq. Layihədə 10 ölkədən 24 tələbənin göndərdiyi foto və videomateriallardan istifadə olunub.

Təəssüf ki, qızların xaricdə təhsil almasına cəmiyyət birmənalı yanaşmır. Amma bizim qızlar ən çətin ixtisasları seçməklə, ağır dərs proqramlarını uğurla başa vurub diplom almaqla fərqli mentalitetə malik ölkələrdə belə yaşaya bildiklərini, bütün çətinliklərin öhdəsindən təkbaşına gəldiklərini sübut edirlər. Biz də bu cəsur qızların əzmini bir daha hamıya nümayiş etdirmək istədik.

İzləyicilərin rəğbətini qazanan videoçarx hazırda sosial mediada #afərinqızlar həştəqi ilə paylaşılmaqdadır.