“ARI” xarici təhsil mərkəzinin “8 qız – ∞ ümid” layihəsinin qalibləri açıqlanıb
  • “ARI” xarici təhsil mərkəzinin “8 qız – ∞ ümid” layihəsinin qalibləri açıqlanıb

  • Baxış: 462
  • Əlavə Edilib: 11-03-2022

“ARI” xarici təhsil mərkəzinin “8 qız – ∞ ümid” layihəsinin qalibləri açıqlanıb

“ARI” xarici təhsil mərkəzinin reallaşdırdığı “8 qız – ∞ ümid” layihəsi başa çatıb. Şirkət çoxsaylı müraciətçilər içindən seçdiyi 8 qalibin adını açıqlayıb. Öncədən elan edildiyi kimi, xaricdə təhsil almaq arzusunda olan və xaricdə təhsil tələblərinə cavab verən 8 qıza tam ödənişsiz xidmət göstəriləcək.

Artıq 8 qaliblə müqavilələr imzalanıb, xarici universitetlərə müraciətlər başlayıb!

Afərin, qızlar! Qəbul xəbərlərinizi paylaşacağımız günü səbirsizliklə gözləyirik!