ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Bakı Dövlət Universitetində
  • ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Bakı Dövlət Universitetində

  • Baxış: 713
  • Əlavə Edilib: 26-10-2023

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Bakı Dövlət Universitetində

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə əməkdaşlığı nəticəsində infosessiya təşkil edib. 🙌

24 oktyabr 2023-cü il tarixində ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi (ARI və BDM) tərəfindən Bakı Dövlət Universitetinin tələbələri üçün “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində infosessiya təşkil olunub.

🌏 Tədbirdə çıxış edən ARI və BDM-in direktoru İnarə Əliyeva tələbələrə xaricdə təhsilin onlara xüsusi faydası, xaricdə təhsil üçün ilk olaraq nələri etməli olduqları, hansı ölkə və şəhəri seçmək üçün necə qərar verməli olduqları, doğru ixtisas seçimi, xaricdə ictimai və mədəni tədbirlərdə necə iştirak etməli olduqları barədə ətraflı məlumat verib. Bunlardan əlavə, qəbul aldıqdan sonrakı proses və məzun olduqdan sonrakı iş imkanları barəsində danışıb.

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların mövzu haqqında fikirləri öyrənilib və bütün sualları cavablandırılıb. ✅

Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində ölkəmizdəki ali təhsil müəssisələrində silsilə infosessiyalar və təlimlər təşkil edir.

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54